Qaynana növləri

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 3 055
Səs ver:
(səs: 0)
Əsəbi qaynanalar
Başa düşülməsi ən çətin tiplərdəndir. Deyilən hər sözün altında bir bəd niyyət axtararlar. Hər vaxt problem yaradarlar. Bəziləri kobud qüvvətə belə müraciət edə bilər. Nəyə hirsləndikləri, nəyə sevindikləri çox müəyyən olmaz.

Xeyirxah qaynanalar
Hər vəziyyətdə bəzilərinə kömək edən qayınanalardır. Köməksevərlik adına hər şeyi edə bilərlər. Bəzən bunu o qədər şişirdərlər ki qarşılarındakına kömək etmək istərkən bilmədən zərər də verə bilərlər.

Şikayətçi qaynanalar
Davamlı hər şeydən şikayət edər, qarşılarındakı insanları canlarından bezdirərlər. Aldığınız əşya, bişirdiyiniz yemək və paltar mövzusunda həmişə şikayətçidirlər. Onların fikrincə gəlin, ya da kürəkən heç bir zaman istədiyi kimi çıxmamışdır.

Kəndli qaynanalar
Gəlin və ya kürəkən, şərtlər nə olursa olsun gələn-gedən qonağa yaxşı davranmalıdır. Gəlini kənddən gələn hər cür adəti bilməli və onların yeməklərini edə bilmə qabiliyyətinə sahib olmalıdır. Gəlin və oğlu xüsusi günləri çox erkən saatlarda gələrək onlarla keçirməlidir. Əgər bir yerə gediləcəksə onun mütləq xəbəri olmalı, özü də onların yanında karvan halında gedilməlidir. Gəlin öz başına bir şey almağa qərar verə bilməz. Gəlin qonaq çağıracağı zaman ondan icazə almalıdır.

Şəhərli qaynanalar
Şəhərdə nəqliyyatın çətinliyi səbəbiylə kürəkənin və ya gəlinin evini öz evlərinin yaxınına istəyərlər. Mümkünsə eyni məhəllədə oturmağı seçərlər. Gələcək qonaqları çox-çox qəbul etmək istəməz, gəlin və ya kürəkənin evinə gələcək qonağı özləri idarə etmək istəyərlər. Yeni eynək modelləri, çimərlik geyimləri bazara çıxdığında ilk olaraq onlar alarlar. Yeni mebel, xalçalar, pərdələr onların ən əhəmiyyətli istəkləridir, amma gəlin yeni pərdə istədiyində "bədxərc" olaraq qiymətləndirər və daş qoymağa çalışarlar.

Şən qaynanalar
Tapılması ən çətin tiplərdir. Gəlin ya da kürəkənlərinə qarışmazlar. Hər cür problem üçün bir çıxış yolları vardır. Kimsədən iş gözləməzlər. Qırılsalar da kimsəyə bir şey bəlli etməzlər. Hər şeyə gülüb keçməyi bacararlar.

Təmizkar qaynanalar
Bu qayınanaların bütün zərərləri özlərinədir. Nə qədər təmizlik vəsaiti varsa hamısının adlarını əzbərdən bilərlər. Davamlı təmizlik edib dayanarlar. Qapıdan girəcək olan hər kəsə ayaqqabılarını çıxartdırarlar, kreslolara oturanların haranı dağıtdığına diqqət yetirərlər. Onlara görə gəlinləri ya da kürəkənləri çox dağınıq və pintidirlər.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 055
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri