Qaynana ana yarısıdı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 4 238
Səs ver:
(səs: 0)
Sübut edin ki, sizin həyat yoldaşınız sizin üçün nə qədər vacibdir . O özü bunu birinci qiymətləndirəcək.

Həmişə kompromisə gedin lakin eyni zamanda öz mövqeyinizi də ortaya qoyun. "Xarakter göstərin" amma bunu yerli - yersiz etməyin hər xırda bir şey üçun mubahisə etməyə dəyməz. Qaynananızın fikirlərinin sizin üçün önəmli olduğunu xüsusi vurğulayın, məişət problemləri ilə bağlı ona suallar verin, məsləhətləşmələr aparın.Səbirli olun tez və ani nəticəni gözləməyin. Bəzən qaynananın gəlinə qarşı istəyinin yaranması üçün illər tələb olunur.

Bəzən Onlar elə hesab edirlər ki, övladı süni surətdə özündən asılı böyütməsən, sabahkı gün o, səni atacaq. Bu səbəbləri cəmlədikdə problemin kökündə eqoizmin, eqoizmin kökündə isə bu insanların sabahdan qorxusunun durduğunu görürük. Valideynlər bilməlidirlər ki, Övladlarını özlərindən asılı etməklə, onların şəxsiyyət kimi yetişməsinə mane olurlar. Qaynananızla daima temasda olun .Hətta onunla rəfiqəlik də etmək lazımdır. Əgər ayrı yaşayırsınızsa qaynananıza tez- tez zeng edin,onun əhvali ilə maraqlanın. Heç vaxt həyat yoldaşınızı anasının əleyhinə qaldırmağa cəhd etməyin.

Anlaşılmazlığın səbəbi adi qısqanclıq ola bilər. Oğlunun vaxtının çox hissəsini sizə ayırması, sizinlə birgə keçirməsi qaynanaya pis təsir edə bilər. Oğlunun sevgisi, onun yanında olması üçün darıxa bilər.Həll yolu: tez-tez necə gözəl oğul tərbiyə etdiyini deyin.
(səs: 0)
Şərhlər: 12
Baxılıb: 4 238
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri