"Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə da yaxşı rəftar etməyi qəti bir şəkildə əmr etdi. Onlardan biri və ya hər ikisi sənin yanında yaşlanırsa, onlara: "Uf!" Belə demə; onları danlama, ikisinə də gözəl söz söylə. "
Qayınana bütün sevgisini göstərməli, fədakar olmalı, çox şeyi görməməzlikdən gələrək, anlayışlı davranmalıdır. Gəlində, "Ailə fərdlərinə etdiyin hər yaxşılıq onlara sədəqədir" hədisi lazımınca başa salınmışdır, Qaynanasina sevgi və hörmətdə qüsur etməzlər.
Qayınana gəlinin ata evindən gələrək, artıq o ailənin bir fərdi olduğu şüurunda olmalıdır. Ona Allahın bir əmanəti olaraq baxmalı, öz qızının və ya bir ailə fərdinin qüsurlarını örtər kimi gəlininin də qüsurlarını örtməlidi.Mömin bir gəlində qayınanasını anası yerinə qoyar Onu anası kimi sevər, davranar və elə rəftar edər.
Qayınana gəlini ilə əmr verərək danışmaz, çünki əmr vermənin dinimizdə nə qədər pis bir sifət olduğunu bilir, daim onunla övladı kimidanışmalı, gülər üzlü və xayiş ilə danışar. Gəlində öz məsuliyyətlərinin fərqindədir, vəzifəsini dilə gəlmədən yerinə yetirər.
Nəhayət, yoldaşlar bir-birlərinin ana atalarını öz ana ataları kimi qəbul etməli, onlara hörmət göstərməli, xidmətlərində olmaq məcburiyyətindədirlər. Bu insani, əxlaqi olmanın kənarında övladlar üçün ilahi bir vəzifədir Axirətdə mükafat və ya cəzalandırmanın söz mövzusu olduğu bir hökümdür.