Qaynalar oğullarını gəlinə nə üçün qısqanır

Müəllif: Efsuw2016
Şərhlər: 6
Baxılıb: 6 413
Səs ver:
(səs: 0)
Qaynana oğlunu gəlninə qısqanmaqda, onun şüur altında olan fikirləri ondan ibarət olur ki, gəlin qaynanadan öz oğlunu ayırmağa çalışacaq. Qaynana şüur altı olaraq düşünür ki, gəlinim oğlumla münasibətini daha yaxşı etməyə çalışacaq və oğlum məni artıq unutmağa başlayacaq. Bu, bir qısqanclıq növüdür. Yəni, qaynananın qısqanclığından dolayı gəlinə qarşı fikirləşir ki, gəlin ailədə davamlı olaraq öz sevgisini, istəyini göstərəcək və bu yandan onun məhəbbətini qazanacaq. Oğulun öz anasına olan məhəbbət və ehtiramı isə zəifləyəcək. Bu cür düşüncə tərzi ailədə doğru deyildir. Doğru olan isə, gəlininidə,oğlunu da eyni gözlə görmək, onlar arasında xoş ünsiyyəti görüb daha da sevinmək olmalıdır. Bir qrup ailələrimizdə, xüsusilə, gəlin-qaynana münasibətlərində qaynananın fikri, düşüncəsi bir dominantlıq təşkil etdiyinə görə takıntı halına çevrilib və həmişə fikirləşir ki, bu gəlin mənim oğlumu əlimdən alacaq və mənə olan əvvəlki məhəbbətini azaldacaq. Psixoloji nöqteyi nəzərdən və sosial həyatımızda, ailələrdə qaynana düşünməlidir ki, oğul və gəlin, hər ikisi mənim övladlarımdır və gəlin heç vaxt belə bir addımı fikirləşə bilməz. Ailə olaraq bütöv ailə olmalıyıq.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 6 413
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri