Xoşbəxt ailə niyə boşanır?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 517
Paylaş:
Səs ver:
(səs: 0)
Ailənin bir nömrəli problemi: gəlin-qaynana davasıdır.
Qayınana-bu sözdə çox mənalar və çox sirlər gizlənir. Kimlər üçün bu faciə, kımlər üçün xoşbəxt reallıq, kimlər üçün isə ... Bunları araşdırmağa çalışaq.
Xoşbəxt reallıqda hər şəy aydındır. Münasibətlər elə də yaxşı deyilsə nə etməliyik ?
Əvvəlcə səbəblərı aydınlaşdırmağa çalışaq. Əlbəttə, ailədə cürbəcür məqamlar olur. Əslində bu konfliktlərin çoxunun səbəbi ailədə qayınana ilə gəlinin "kişi" uğrunda mübarizəsındən əmələ gəlir. Həmin kişi ki, birinin həyat yoldaşı, digərinin isə oğludur.
Münaqişə üçün üzdə görünən səbəblər həmişə cürbəcür olur: «sən yaxşı ev sahibəsi dəyilsən », «niyə qayınanamın yadına filan şey məhz indi düşüb?», «mənim oğlumun mədəsi quru yeməkdən xarab olub!» və s . Çox böyük hallarda ikitərəfli mübahisələrin arxasında qayınana tərəfdən tənhalıq qorxusu, tərk edilmək, lazımsızlıq hissləri, həyat tərzinin kökündən dəyişilməsindən əmələ gələn stress durur.

Gəlini isə hərəkətə gətirən yeni ailədə yeni mühitdə özünü təsdiqetmə və yeni yaradılmış ailədə özünə etibarlı mövqe qazanmaq hissləridir.
Əsas vacib hal mübahisələrin səbəbləri və mübahisə elementləridir. Adətən belə hallarda kişi anası ilə həyat yoldaşının arasında qalır. Hər iki qadın ona bir-birindən şikayət edir və tədbir görməyi tələb edirlər. Nəticədə qayınana ilə gəlin arasında başlayan mübahisə konkret yeni ailə quranlar arasında konfliktə çevrilir. Bu isə artıq qorxuludur.

Qayınana haqlıdır, yoxsa gəlin?

Qədimdən indiyə kimi mövcud olan suala hələ də cavab tapılmayıb. Qayınana deyir ki, mən haqlıyam, gəlin isə əksinə. Tərəflər arasında ortaq razılıq nadir hallarda olur. Bəzən deyilir ki, gəlin kiçikdir, dözməli, susmalı, hörmət etməlidir. Hörməti anlamayıb, haqsiz yerə gəlinin, ailəsinə, özünə hörmətsilik edəndə yenə gəlin susmalıdırmı?! Hətta bunlar azmış kimi, gəlinin övladını ondan ayırmaq istəyən, onun ailəsini dağıtmaq istəyəndə də susmalıdırmı?! Daim gündəmdə olan bu məsələ bəzi vaxtlarda acınacaqlı bir nəticə verir. Əksərən boşanmalara gətirib çıxardır. Buna əsas səbəb yuxarıda da qeyd etdiyim kimi həyat yoldaşın münasibətləri tənzimləyə bilməməsidir.
Yazdığım suallar məni çox düşündürdü. Çünki, bu saytda gəlin- qayınana münasibətləri barədə çox yazılır. Bəzisi deyir ki, mən dözürəm, bəzisi də deyir ki, borcumuzdu dözmək.
Əgər bir ailə, ailə kimi yaşaya bilmirsə, yenədəmi dözməli? Axı, qadın Tanrının yaratdığı müqəddəs varlıqdır. Anadır. Niyə bu qədər zülmə düçar olub, xəstəliyə düşməlidir?
Niyə qorxuyla yaşmalıdır ki,övladım nə vaxtsa onların sözünə inanıb məndən üz döndərsə mən nə edərəm?!
Bəzi böyüklərə sualım var. Hörmət etdikcə, qayğı, sevgi göstərdikcə niyə axı haqsız yerə kobudluq edib, ailə dağıdırsınız?!

loading...
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 517
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
YalniZ-ArZu
xowbext aile niye biwansinki??bowanirlarsa demek xowbext deyiller...duzdu olur baldiz ya qaynana aileni dagidir ancaq burda en cox mesuliyyet evin kiwisine duwur,o eger kiwi kimi heyat yoldawina sahib cixmagi bacarsa icaze vermez ailesi dagilsin.
28 dekabr 2017 18:51
5
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
ALONE
Xosbext olan qadin aile dagidirsa onda agilsizdir kaw xosbext olaydim kaw problemim qaynana qaynata baldiz problemi olardi cunki eleye elac var ayri eve cixa bilerdim amma esas oglanda problem olanda ona elac yoxdur Heckes yaxsi yuvasindan cixmaz!
28 dekabr 2017 14:24
4
Ele exlaqli ol ki duşmeninde seninle duşmen olduguna utansin!!
Offline
Gultekin.A
Sitat: Meleknur
Bir qadin bowanmaq isteyirse illa ki, sebebi vardir hec kim xowbext yuvasini dagitmaq istemez. Ya ailevi sebebler, problemler ya da mutleq qaynana olur sebebkar. Hele bir ustelik bowandiqdan sonra da qadina qara yaxmaga caliwirlar kimden soruwsan zaten qadin yaxwi deyildi hih kim oz qatigina turw deyer ki pff

Razi deyilem bir weydeki o qederrr agilsiz qadinlar var ki ailesin dagidir ozude gul kimi ailesin niye?cunki agilsizdir.wahidi olduqum sozu deyirem

Qaldiki qaynana gelin munasibetine bu munasibeti normalda saxlayan heyat yoldawi olmalidir.Ne anasin gelinin ayagina ne gelini ananin ayagina vermeli deyil
28 dekabr 2017 11:47
3
QADIN GÜL kimidir - Qoxlandiqca açar,sevildikcə gözəlləşər
Offline
deniz yildizi:)
Sitat: Meleknur
Bir qadin bowanmaq isteyirse illa ki, sebebi vardir hec kim xowbext yuvasini dagitmaq istemez. Ya ailevi sebebler, problemler ya da mutleq qaynana olur sebebkar. Hele bir ustelik bowandiqdan sonra da qadina qara yaxmaga caliwirlar kimden soruwsan zaten qadin yaxwi deyildi hih kim oz qatigina turw deyer ki pff

cox duzgun ureyimden kecen sozleri yazmisiz heqiqeten bu beledi hec kes oz isdi yuvasini terk elemez mutleq biri varki onu heyatindan bezdirir
28 dekabr 2017 01:07
2
Offline
Meleknur
Bir qadin bowanmaq isteyirse illa ki, sebebi vardir hec kim xowbext yuvasini dagitmaq istemez. Ya ailevi sebebler, problemler ya da mutleq qaynana olur sebebkar. Hele bir ustelik bowandiqdan sonra da qadina qara yaxmaga caliwirlar kimden soruwsan zaten qadin yaxwi deyildi hih kim oz qatigina turw deyer ki pff
27 dekabr 2017 19:58
1
Düşdüyündə ümidini, qalxdığında insanlığını itirmə!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri