Toxuna bilmədiyim bir adam var

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 359
Səs ver:
(səs: 0)
Toxuna bilmədiyim bir adam var. Balaca uşağın göydəki təyyarəyə toxunmaq həvəsi kimindir bu hiss. Mümkün deyil bilirsən, amma uslanmırsan. Xəyalın hər başımın üstündən keçəndə əl sallıyıram sənə, göyə tullanaraq. Hey heeyyyyy burdayam deyrəm. Eşitmədiyini, məni görmədiyini bilə-bilə. Mən sənin qəlbində gözə görünməyəcək qədər kiçik, sən mənim gözümdə toxunula bilməyəcək qədər yüksəkdəsən. Bir gün gəlib mənim qəlbimə enməyin mümkünsüzdü bilirəm. Hər dəfə gedəndə sən gözdən itənə qədər baxıram. Gözdən daha gec it deyə var gücümlə qaçıram arxanca yorulub nəfəsim kəsilənə qədər. Uzaqdan reallıq hirslə gəlir xəyalımın üstünə. Kürəyinə bir iki şapalaq vurub otağa kilitləyir. İndi mən otağımın pəncərəsindən sənin yoluna baxıram sadəcə. Bulutlu havalara nifrət edirəm. Əlimdə bir şəklin var hardansa tapmışam, ona toxunuram, sonra başıqırıq qələmimlə ağ kağıza xəyalımdakı səni çəkirəm. Baxıram uzun-uzun, sinəmə qoyub yuxuya gedirəm. Yuxum səndən ibarətdir niyəsə. Sənsizliyə yuxusuzluq adını vermişəm. Uşaqların reallıqları xəyaldan, böyüklərin xəyalları reallıqdan ibarətdir, bilmirsən. Bu gün söz verdim özümə, artıq baxmayacam göylərə, toxunmaq istəməyəcəm sənə. Pəncərəmi bağladım. Tanımadığım bir səmanın altına yollandım. Səni bir kənara qoyub, sən olmayanlarda səni axtardım. Başım sən olmayanlara qarışdı, Bədənim sən olmayanlarla qarışdı, ruhuma biraz sənsizlik qarışdı. İndi tərkibi biraz sənsizlikdən, biraz sən olmayanlardan, biraz da mən olmayan məndən ibarət mənəm. Başımı qaldırıb səmaya baxanda, bu səmada sən yoxsan bilirəm. Başqa təyyarələr keçir burdan və mən onlara toxunmaq istəmirəm artıq. Son isə hələ ki yoxdur...
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 359
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri