Dənizləri sevirsənsə, dalğaları da sevəcəksən

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 1631
Səs ver:
(səs: 0)
Nələr öyrənmədim ki, səndən...?! Öyrətdin ki...

Gedənə qal deməyəcəksən... Gedənə qal demək - yazıqlara, dönməyənə dön demək- acizlərə, layiq olana get demək güclülərə yaraşar... Heç kimə layiq olmadığından artıq dəyər vermə, yoxsa dəyərsiz olan sən olarsan...

Düşün...Kim incidə bilər səni, səndən başqa? Kim doldura bilər içindəki boşluğu, sən istəməsən? Kim xoşbəxt edə bilər səni, əgər sən hazır deyilsənsə? Kim sevər səni, sən özün özünü sevməsən? Hər şey səndə başlayıb, səndə qurtarır... Yetər ki, ürəkli ol! Tükənmə, tükətmə, tükətdirmə içindəki yaşamaq sevgisini...
Ya çarə sənsən, ya da çarəsizsən...

Elə bir həyat yaşadım ki, cənnəti də gördüm, cəhənnəmi də...Elə bir eşq yaşadım ki, aslı olmağı da gördüm, əl çəkməyi də... Bəziləri seyr edərkən həyatı ən qabaq tərəfdəki sıradan, özümü səhnədə tapdım və oynadım... Elə bir rol verdilər ki, mənə-oxudum, oxudum, anlamadım... Öz-özümə danışdım bəzən evimdə... həm əsəbləşdim, həm güldüm halıma.

Sonra dedim ki, söz ver özünə...
Dənizləri sevirsənsə, dalğaları da sevəcəksən

Sevilmək istəyirsənsə, əvvəlcə sevməyi biləcəksən!
Uçmağı bilirsənsə, yerə düşməyi də biləcəksən!
Qorxaraq yaşayırsansa həyatı , yalnız seyr edəcəksən

Unutmayaq ki, əgər həyatın şirinliklərini qəbul ediriksə, onun aclarını da qəbul etmək məcburiyyətindəyik.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1631
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri