Sizi nəyinsə qarşılığında sevən insanlardan uzaq durun çünki...

Müəllif: Üzel..
Şərhlər: 7
Baxılıb: 2 495
Səs ver:
(səs: 1)
Sizi nəyinsə qarşılığında sevən insanlardan uzaq durun çünki bu sevgi deyil!
İnsanlar çox dəyişilib. Hər kəs bir-birindən xeyir güdməyə çalışır. Hər kəs nəyinsə qarşılığında bir şeyləri edir. Bir dostun sənə saat hədiyə etsin məsələn tez yozarlar ki, nəsə varki saat alır durduq yerə almaz. Niyə də niyə?Mütləq qarşılığında nəsə istəməlidi? Məsələn bağçaya ağac əkirsən deyirlər ki, onu əkib neynirsən meyvəsi falan yoxdu onansa hansısa meyvə ağacı ək yeyərsiz. Çox gül əkmisən bunların yerinə tərəvəz əkərdin istifadə edərdin və s. deyirlər. Sanki mütləq nəsə bir qarşılıq almalısan.

Qurbanda kəsərik deyə heyvan saxlamaqdan, mürəbbəsini bişirərik deyə ağac əkməkdən, qocalanda bizə baxar deyə uşaq böyütməkdən, evə gələndə yemək verər, paltarlarımı yuyar deyə evlənməkdən əl çəkin artıq..!Qarşılıqsız etməyə çalışın bəzi şeyləri.

Və sizlər, sizi nəyinsə qarşılığında sevən insanlardan uzaq durun çünki bu sevgi deyil!
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 495
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri