Barbarisdən Status" lar 》

Müəllif: Barbaris
Şərhlər: 6
Baxılıb: 2 240
Səs ver:
(səs: 0)
1. Kiməsə xoş gəlmək, kimlərəsə uyğunlaşmaq üçün özünüzü dəyişdirməyin. Sonra illərlə “özünüzün” axtarışında olacaqsınız

2.Ətrafınızda olan hər kəsi aldada bilərsiniz, içinizdəki "mən" inizdən başqa

3.Ətraf üçün deyil, özünüz üçün yaşayın

4.Sevdiyiniz işlə məşğul olun və sizə yük olan, sizi anlamayan insanlardan uzaq durun o zaman həyatınız rahat və gözəl olacaq

5.Bir mismarı belə kiçik görməyin. Bir mismar bir nalı, bir nal bir atı, bir at bir sərkərdəni, bir sərkərdə bir ordunu, bir orduda böyük bir ölkəni xilas edir

6.Xoşbəxt olmaq üçün, ruhunuzun qidasını tapın..

7.Kiməsə güvəndiyin üçün xoşbəxtsən,
Kiməsə də artıq güvənməməli olduğunu anladığın üçün...

8.Xoşbəxtlikdə min dost tapmaq asandır,
Bədbəxtlikdə bir dost tapmaq çətindir.

9.Hər şeydən öncə insan güvənmək istəyir,
Sevməkdən belə öncə..

10.Özünüzü kiməsə anlatmağa çalışmayın,
Sizi sevənin buna ehtiyacı yoxdur,
Sevməyən isə onsuzda inanmayacaqdır.

11.Həyatını itirməkdən daha kədərli bir şey vardır, həyatın mənasını itirmək

12.Öz səhvlərini düzəltməyə cəsarəti olmayan insanlar, başqalarının səhvlərini müzakirə edərək sakitləşməyə çalışar...

13.Geriyə dönüb nələrisə düzgün başlamaq üçün artıq gecdir.
Amma irəliyə baxıb hər şeyi yaxşı bitirmək üçün imkanımız var...

14.Nəvaxtsa məni incidənləri, bugün başqaları incidir.
Hər insan, heç tanımadığı birinin intiqamını alar..

15.Insanların səhvlərini üzlərinə vurmadıqca, özlərini qüsursuz sanarlar

16.Olduğun yer səni məmnun etmirsə, olduğun yeri dəyiş.
Nəticədə sən bir ağac deyilsən.

17.Hərkəs zirvədə olmağı hədəflər,
Amma heç kəs bilməzki, zirvə yüksəlişin sonu, enişin başlanğıcıdır...

18.Yaxşılıq edən biri kimi görsətməyin özünüzü,
Yaxşılıq edin və gözə görsənməyin
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 240
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri