♧ Barbaris"dən Statuslar ♧

Müəllif: Barbaris
Şərhlər: 9
Baxılıb: 2 694
Səs ver:
(səs: 0)
1.Birinə sahib olmaq istəyirsənsə,
ona qandal yox qanad tax qollarına.
Uça bildiyi halda hələdə sənin yanındadırsa, sənindir...

2.Yaxşı xatirələri, yaxşı insanlar yaradır...

3.Danışarkən deyil, dalaşarkən tanıyarsan insanı,
Çünki əsəb, gizlənən üzləri ortaya çıxarar...

4.Əslində insanlar sənə xəyal qırıqlığı yaşatmır, sadəcə sən səhv insanlar üzərində xəyal qurursan.

5.Başqasıyla gələn xoşbəxtliy,başqasıylada gedər.

6.Bəzi insanlar sizə sadiq deyillər,
Sizə olan ehtiyaclarına sadiqdirlər.
Ehtiyacları qalmadığında, sədaqetləridə qalmaz.

7.Ömür nağıl kimidir.
Nə qədər uzun olduğu deyil, nə qədər gözəl keçdiyi önəmlidir…

8.Yaşlılar yorğunluqdan susar, uşaqlar qorxduqlarından.
Dostları inciklik susdurar, düşmanları qisas

9.Səni pis insanlarla imtahan edən,
Əlbət yaxşı insanlarla verəcək mükafatını.
Sən yetərki səbr et birazda..

10.Sizə edilən ən kiçik bir yardımı unutmayın, etdiyiniz ən böyük yardımı isə heç zaman xatırlatmayın...

11.Sizə hücum edən düşmanlarınızdan deyil, sizə yaltaqlanan dostlarınızdan qorxun.

12.Nə vaxtsa məni incidənləri, bu gün başqaları incidir.
Hər insan, heç tanımadığı birinin intuqamını alar

13.Yaxşı müsəlman, pis xristiyan deyə bir şey yoxdur.
Ya yaxşı insansız yada pis insan..

14.Ən güvəndiyin insanların belə bir yalnışdan ibarət olduğunu anladığın an, öz küncünə çəkilərsən..

15.Öz səhvlərini düzəltməyə cəsarəti olmayan insanlar, başqalarının səhvlərini müzakirə edərək sakitləşməyə çalışar

16.Zehniniz bir bağçadır, düşüncələriniz isə toxum.
Ya bu bağçada güllər yetişdirərsiniz ya da yabanı otlar.

17.Mənim sözlərim kobud və acı ola bilər, amma heç kimə pis bir şey arzu etmirəm mən, sadəcə doğruları söyləyirəm

18.Dəyərsiz insan yoxdur, dəyərini azaldan var

19.Arxadan vurulmaq istəmirsənsə, heç kimə arxalanma
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 694
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri