Yəni, elə çox sevdim səni

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 448
Səs ver:
(səs: 2)

Yəni, elə çox sevdim səni

Elə çox sevdim ki, adını andığımda bütün dünyam rənglənər və göylər nur ələr
..Halbu ki, gedişinlə yerlə bir olub, bütün bəşər..
Sənsizlik, məni yorar, ağladar, sızladar, ancaq olsun mən yenə də sevərəm səni
Yəni, elə çox sevdim səni
Doğrudur yoruldum, üzüldüm, yerlərdəyəm mən
Amma olsun yenə də yolunu gözləyərəm, bezmədən, əksilmədən, əksiltmədən
Həsrətin qorxu kimi, kabus kimi çökdü gecələrimə
Amma, mən heç utanmadım səni sevməkdən
Sənsizlikdə nələr çəkdim bilərsənmi ?
Neçə gecə adın dilimi parçaladı, düşünürsənmi ?
Düşünmə sevgilim, sən yorma özünü, mən üzülərəm sənin üçün
Yəni, elə çox sevdim səni
Bəzən oturub ağlayardım
Günlərlə, saatlarla, sonra, oyanardım ağlayaraq
Gözümdəki yaşı qurudana qədər, səhraları isladana qədər, daşları yumşaldana qədər
Ancaq, anladım ki, ağlamaq dərdə dəva deyil
Bilirəm gələcəksən SƏN və səni gülər üzlə qarşılayacağam mən :)
Bir gün o gözlədiyim an gələcək və sənə qovuşacağam mən
O, nur üzünü görəcəm
Və o nuru görübdə yıxılmayım deyə, indidən məşq edirəm mən :)
..Hətta sən gəlməsən belə..
Nə hiss etdiyimi görməsən belə, adımı anmayıb da xoşbəxt olsan belə
Hər necə olur olsun, mən yenə də, SƏNİ SEVƏRƏM
Buna dəyərsən SƏN

 

Redakte  etdi: PRETTY GİRL

(səs: 2)
Şərhlər: 1
Baxılıb: 3 448
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri