Mən sənin mələyinəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 014
Səs ver:
(səs: 0)

Mən sənin mələyinəm

 

Bir mələk vardır həyatının tam ortasında... ürəyinin dərinliklərində... Ruhunu zəbt edən, səninlə ağlayan... Kainata göndərilən hər ruh üçün bir mələk göndərilir. Onu qoruyan, müdafiə edən, ən köməksiz anlarında əlindən tutan, qol-qanad gərən, üstünə titrəyən bir mələk. Hər birimiz ayrı-ayrı adlar verərik bu mələklərə. Kimimiz ana deyər, kimimiz ata, bəzən bir dost, bəzən də sirdaş...Bəlkə də bir sevgili... Görsən də görməsən də, duysan da duymasan da, bilsən də bilməsən də, istəsən də istəməsən də hər zaman yanında olan, səninlə yaşayan, səninlə gülən, səninlə ağlayan... Və nə olursa olsun səninlə xoşbəxt olan... Gözəl bir mahnı gələr ya ağlına, bil ki,ən gözəl, ən səmimi sevgi sözcükləri fısıldanmışdır qulağına... Ovucların tərləyər ya səbəbsizcə, bil ki, əllərini tutmuşdur sevgi ilə... Bəzən durub durarkən bir ürpərti gələr də, sonra birdən birə o balaca ürəyində qəribə bir döyüntü hiss edərsən ya, o an bil ki, bütün şəfqəti ilə qanadlarını boynuna dolamışdır... Ağlın bir qarış havada qaçıb durarkən birdən ayağın ilişər, amma düşməzən ya,Tam da o anda var gücü ilə sarılmışdır belinə və izn verməmişdir yıxılmağına... Yanaqlarında bir istilik hiss edərsən ya, sonra bir təbəssüm görünər üzündə, o an bil ki, sevgi dolu bir öpüş qondurmuşdur yanağına... Bir mələk vardır həyatının tam ortasında, sən buna inansan da inanmasan da...Sakitcə fısıldayar qulağımıza: Mən sənin mələyinəm... İstəsən də, istəməsən də...

 

Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 014
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri