Sevgililər Gününü qorxulu yuxuya çevirəcək 10 səbəb

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 2 544
Səs ver:
(səs: 0)
Sevgililər Günü yaxınlaşarkən, bu il də hər kəsi “Nə edim?” həyəcanı bürüdü. Televiziyalar hədiyyə reklamlarıyla, qəzet və jurnallar “Ən Romantik Sevgililər Günü” anonsları ilə dolub-daşır. Sevgilisi olan romantik şəxslər təbrik üçün hazırlıqlara əvvəldən başladığı halda, qeydetmə planlarını son ana buraxanlar parlaq bir fikir axtarışında olurlar.

Sevgililər Günündə nələr etməmək lazım olduğunu təqdim edirik.
1. Geyiminizə diqqət edin! Məsələn; qırmızı cazibədar rəng olsa da, diqqətli istifadə edilməlidir.
2. Bərabər keçirdiyiniz xüsusi anları iş yerindəki dedi—qoduları, ailədaxili problemləri və dostarınızla yaşadığınız sıxıntıları danışaraq özünüzü biabr etməyin. Bu gündə dərdləri bir kənara qoyun və özəl gününüzün dadını çıxarın.
3. “Qadınlar gülməli kişiləri sevir” tezisi səbəbindən yerli-yersiz gülməli hərəkətlər edən kişilər hər yerdə qarşımıza çıxır. Gülməli olacam deyə biabr olmanın Sevgililər Günündə heç də yaxşı bir fikir olmadığını ağlınızdan çıxarmayın və rahat olun. Buraxın söhbət olduğu kimi davam etsin, sevgiliniz sizi siz olduğunuz üçün sevsin.
4. Gələk hədiyyə məsələsinə. Alacağınız hədiyyənin əlaqənizdə qara bir ləkə olmasını istəmirsinizsə, sevdiyiniz insana romantizmdən uzaq hədiyyə almayın. Məsələn; ütü alaraq romantik axşam yeməyində sevgilinizə evdə edəcəyi işləri xatırlatmaq heç də yaxşı bir fikir deyil. Ya da idman salonuna üzvlük alıb “Necə yəni məni kök sayırsan?” reaksiyası ilə qarşılaşmaq yaxşı olmaz.
5. Rezervasiya etmədiyiniz heç bir yerə getməyin. Sevgililər Günü üçün xüsusi hazırlanan sevgilinizi saatlarla restoranın qarşısında gözlətməyin, ya da boş yer tapmaq üçün məkan-məkan gəzdirmək bu günün birlikdə keçirdiyiniz son gün olmasına gətirib çıxara bilər.
6. Sevgililər Günündə ətrafınızda nə qədər az adam olarsa, o qədər yaxşıdır. Məsələn; evli və ya uşaqlısınızsa, axşam yeməyinə uşağınızla birlikdə gedərək münasibətinizdə romantizmin olmadığını hər kəsə etiraf etməyinizə gərək yoxdur. Ən yaxşısı həmin gecə uşaqlara baxmaq üçün bir nəfər təyin etməyə çalışın.
7. Köhnə sevgilinizlə olduğunuz məkana sevgilinizi götürməyin. Sevgililər Günündə köhnə sevgilinizlə rastlaşmaq və köhnə dəftərləri açmaq yaxşı əlamət deyil.
8. Gül sifarişi verərkən tarixinə diqqət edin, ertəsi gün təslim edilməsin.
9. Küçələrdə eşq mahnıları söyləyərək gəzməyin, unutmayın o gün subaylıqda qalıb.
10. “Çox super bir gün keçirməliyik” deyə özünüzü sıxmayın. Bəlkə o daha sadə və sizə özəl qeyd etməyi üstün tutur.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 544
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri