Öz qəlbimi çürütdüyüm bu yazılar artıq intiharıma çevrilib

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 1 688
Səs ver:
(səs: 1)
Daha yazılacaq heç bir hiss qalmadı məndə. Nə yazım nədən yazım?... gəlişini yazdım, səni sevdiyimi yazdım, gedişini yazdım, sənsizlikdən doğan bütün duyguları köçürdüm sətirlərə, sonra yoruldum mən yazmaqdan. Səni, məni bu sevgini yazmaqdan yoruldum. İçimi tökdüyüm yazılarım indi içimi çürüdür. Vərəqlər bezir qələmlər bitir bitməyən duyğuları yazmaqdan. Bu hissləri, sonra səni gizlədərək yazdığım yazıları başqaları ağlayaraq oxudu. Dedilər ki tanış hiss dir dedilər ki bu əsil sevgidir. Dedilər qebuk artıq onu sevdiyini. Mən onları gözü yaşlı dinlədim, qəbul etdim məcburiyyətdən qəbul etdim ki həqiqətən sevirmişəm səni. Uzun bir müddət səni düşünərək yazdığım başqalarının qəlbinə toxunduğum öz qəlbimi çürütdüyüm bu yazılar artıq intiharıma çevrilib. Men hər gün intihar edirəm səni yazaraq. Baxıram yazdıqlarıma həqiqətən də elə bir duyğu elə bir hiss qalmayıb artıq ki yazmayım. Sənə aid bir tək nifrətimi yazmadım. Bir tək nifrətimi qazana bilmədin sən. Bəlkə bir gün unutsam o zaman... ama unutsam belə nifrət etmərəm sənə. Sevgimi qazandın ama nifrətimi qazana bilmədin sən...
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 688
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri