Və "Dua"olsam dilində, sən amin desən.Və o an qəbul olsam. Hmm?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 1 801
Səs ver:
(səs: 1)
Bir gün hər kəs kimi olmadığımı anlayacaqsan.Amma o zaman hər şey üçün gec olacaq.

Yadındadı deyirdin"ölərəm sənin üçün". Bax, həqiqətən öldün mənim üçün.

Balaca göz bəbəyimdən həyatıma girdin də, böyük qəlbimin harasına sığa bilmədin ki, getdin?

Gedirsən...Ümid edirəm, qərarından peşman olmazsan.Yanlış etdiyinin fərqinə vardığın an geri dön.Mən səni burda gözləyəcəm.Amma çox gecikmə.Buralar olar da, əcəl gələr, mən olmaram.

Dünyanın ən böyük yüküdü. Ağlı səndə olmayanı, təkidlə ürəyində daşımaq.

Bir vaxtlar dəli kimi hesab soruşduğun birindən, gün gələr hal-vəziyyətini belə soruşa bilməzsən. Bax bu çox yandırar səni.

Gedirsən. Get, arxana baxma ki, gedişinə yaraşsın. Həyatımı məhv etdin, amma gözəl roldu.Halal olsun...

Ustaddan soruşdular sevgimi yoxsa, nifrətmi? Dedi-Nifrət. Çünki, nifrətin saxtası olmaz !

Mən səni bir damla sudan qısqanarkən, məgər sən necə yağışlarda islanmışsan, ey yar.

Varlığınla başlayan bir günün yoxluğunla bitməsinə öyrəşməmişəm. Ağlımda olduğunun yarısı qədər yanımda olsaydın, sənsiz qalmazdım.

Hər ürək sevsəydi adı "ürək" olmazdı. Və hər sevən bu qədər ürəkli olsaydı sevgi bu qədər asan olmazdı.

Taleyin olsam, yazılsam alnına. Yar olsam, qazınsam ağlına. Və "Dua"olsam dilində, sən amin desən.Və o an qəbul olsam. Hmm?
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 1 801
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri