Bəzən hər şey göründüyü kimidir...

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 425
Səs ver:
(səs: 0)
Bəzən göründüyü kimidir hər şey. Səmanımavi görürsənsə, burax elə qalsın... Səmanın ardında başqa həyatlar atarma.Çatılması qeyri-mümkün məsafələr, yalnız ürəyini yorar... Və sən, yenə səninlə qalarsan...

Bəzən sözlər, oxunduğu kimidir.. Sən, nə anlamaq istəsən istə, ağrını oxuduğun kimi hiss edərsən və qırıqlıqların, oxuduğundan daha çox ağrıdar canını.. Söylə mənə lütfən, söylə; əgər dənizi olduğu kimi görsəydik, necə duyğularımızı onunla üst-üstə düşdürə bilərdik?...
Ya da yağışı iliklərimizdə hiss etdiyimizdə aşan da eynilə buna bənzər bir duyğu olduğunu necə kəşf edərdik? Elə ya, yağış kimi deyilmi eşq; bəzən soyuqlayar, bəzən dinclik verər; bəzən də ən kiçik hüceyrənə qədər hiss edə bilmək üçün çətirsiz gəzməzsənmi altında? Və "Bəlkə, bəlkə bir daha beləsinə rastgelemem qiymətini bilim." dedirtməzmi bəzən...

Bəzən hər şey, göründüyü kimidir və sən də bu gerçəyi ürəyinə öyrətməlisən.. Ruhunda çıxan vətəndaş müharibəsi, çöldə olanları dəyişdirməz. Üzləşməlisən.Anlamalısan; Sən, yalnız öz yaratdığın bir xəyali sevdin... Anla! Elə biri yox! Anla! Heç olmayacaq. ..Anla; gün gəlib heç olmadığı üçün şansına duaçı olacaqsan...

Ürəyimizin damlarını döyər, yağan atəşdən sözlər bəzən... Bir kor inad bir zəhərli qürur uğruna, ovuclarımızdan sürüşər gedər qızıl toz zərrəciklərinə çevrilən sevdalarımız.. Eləcə dayanıb baxarıq ardından gedənlərin. "Getmə!" deyə biləcək qədər cəsur deyil sözlərimiz...

Qırıldığım oldu bəzən, canımı yaxan qırıqlıqlarım.. Mərhəmətsizcə üstünə basan ayaqların altında qalan ürəyimdən gələn çıtırtı səsləri, ruhumda əks-sədalandı.. Və ikiüzlülüklər, bütün sevgimə möhür vurdu.
"Sus!" dedim inancıma... "Sus və eləcə qal!.."

Əslində hər şey, göründüyü kimidir.. Çünki var olan hər bir detal, görən gözdəşəkil və məna tapar.. "Sevgi", tək bir sözdür; amma hər ürəkdə ayrı mənalara bürünər.. "Eşq"; həmişə ağrıdır.. Girdiyi ürəklər fərqli olsa da; hiss edilən duyğular, eyni şəkildə ağrıdar.. Və"ümid"... Bəzən böyük ağrılar qarşılığındaböyük ümidlər satın alarsan...

Və bəzən... buna dəyər...

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 425
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Aylin...
Sitat: vipbetul
maraqli yazidi sus ve elece qal
7 sentyabr 2018 10:36
3
hh
Offline
vipbetul
maraqli yazidi sus ve elece qal
2 sentyabr 2018 17:36
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Ve bezen buna deyer
2 sentyabr 2018 00:38
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri