Əsgər Sevgilim♡♡♡

Müəllif: _Mrs_
Şərhlər: 15
Baxılıb: 9 068
Səs ver:
(səs: 2)
Hə, Sevgilim həyatımın ən çətin anlarıdır..Bəli ən çətin...
Sənə bu qədər yaxın ikən,səndən 1il 6 ay uzaq qalmaq çox çətindir mənə..
Əsgər Sevgilim hər gün səni fikirləşib, sənə dua edib, günləri sayıb, tez gəlib getməsini diləyirəm... Sənsiz keçən hər günüm mənə maraqsız, darıxdırıcı, sıxıcı, rəngsiz gəlir.
Şirin yuxumda tez-tez səni görürəm:
" Qarşımdasan, mənə sevgi dolu gözlərlə baxıb, gülümsəyib deyirsən: Mən səni çox Sevirem ! Sənsiz 1 günüm olmasın.. Yaxşı ki varsan həyatımda, qəlbimdə !"
Çoooox darıxıram sənsiz. Elə darıxıram ki Sənin yanında olmaq, səni hiss etmək, səsini eşitmək istəyirəm!!!!
Sən gələndə sənin boynuna sarılıb, möhkəm-möhkəm qucaqlamaq, sevincdən gözlərimin yaşarması, qovuşmağımızı belə xəyal etmək məni sevindirir, üzümdə təbəssüm yaradır..........

Səni Çoooox Sevirəm, sən Həyatıma daxil olan yegane varlıqsanki, Xoşbəxtliyi sənlə birgə tapdım. Yanımda olmasanda belə bilirəm qəlbin mənimlədir.Əsgər Sevgilim 543 GÜN qalıb ALLAHdan her ikimizə səbr diləyirəm.

Səndən qalacam mən yenə bir müddət uzaqlarda,
Sənsiz keçən hər gün olacaq zülmət uzaqlarda.

Həsrətdən ürək parçalanıb, yolda qalan gözdür,
Sevgim qəmi məhv etməyə biçarədir acizdir.

Qürbətdəsənsə adi haldı, qəlbin olar üzgün,
Sən qayıtmaq istəsən də, bu olmayacaq mümkün.

Həsrət sözü var, 6 hərf, dildə adi sözdür,
Qəlbimdə silinməz dağ olub, həsrət uzaqlarda.

İllər ötüşür, zaman keçir,gün gəlir ki bir gün,
Bir xatirə tək yadda qalır əlbət uzaqlar da.

Mülki həyatda insana adi görünən dünya,
Xidmət zamanı əsgər üçün əlbət olur röya.

Xidmətdəsənsə, yaxın , uzaq fərq eləmir əsla,
Hörmətli olan kəs qazanır hörmət uzaqlarda.

Yollar məsafə uzaqlıqın gizlər intizarda,
Qəm, qüssə, kədərdən yazılan sözlər intizarda,

Hər an ürək həsrətdə qalır, gözlər intizarda
Artıq bu mənimçün olub bir adət uzaqlarda.

Ailəndən uzaq.. yardan uzaq.. Deməyim odur ki,
Olduqca çətindir eləmək xidmət uzaqlarda.

P.s: Sözləri mən yazmasamda mənim içimdən keçən sözlərdir..Allah bütün əsgərləri qorusun. Mənim birdənəmdə daxil olmaqla :heart:
(səs: 2)
Şərhlər: 15
Baxılıb: 9 068
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri