Paramparçayam!

Müəllif: ALONE
Şərhlər: 4
Baxılıb: 1 724
Səs ver:
(səs: 0)
Qırılmış bir ayna kimiyəm bu günlərdə, paramparçayam. Ruhum ,beynim, ürəyim, duyğularım, düşüncələrim dağılmış hər tərəfə, yığışdıra bilmirəm. Özümlə vuruşuram , özümə dar gəlirəm. Düyün düyündü boğazım, davamlı bir iç çətinliyi çəkirəm. Ağlasam bir az rahatlayacağam amma o da mümkün olmur. Yuxusuz gecələrin əsiriyəm. ..Getmək istəyirəm uzaqlara, qaçmaq istəyirəm özümdən, hər şeydən. Bu şəhər boğur məni, getdiyim hər yer, gördüyüm hər şey canımı yandırır. Çox sevmənin cəzasımıdır bu, bilməyirəm ki. ..Yaxşı bəs insan az sevə bilərmi? İnsan birinə ' çox sevmə məni deyə bilərmi? O zaman hardadır eşq, hardadır sevda? Özümdən, şəxsiyyətimdənmi imtina etməm lazımdır daha az ağrı çəkmək üçün. Mən, eşqi ağrılarıyla qəbul etdim həmişə. hüzn versə də ən xoşbəxt anlar eşqlə yaşanar ancaq' dedim. İndi öz özümə saxtakarmı olum yəni? Yenə də beləsini gözləmirdim doğrusu. Bu qədər ağrı verəcəyini, bu qədər paramparça ola biləcəyimi ümid etmirdim. Daha əvvəl yaşanan ağrılar insana təcrübə qazandırırmış, bərkidirmiş ürəyini. Sevgidə təcrübə qazanılmırmış. İndi canım çox amma çox yanır. ..Bir yatsam, bir daha oyanmasam məsələn. ..Yox, ölüm deyil istədiyim, oyanmamaq. Dinc bir yuxuya gedib həmişə o nöqtədə qalmaq. Çünki oyandığımda yenə eyni bədbəxtliyin məni boğacağını, ağrıların nəfəs almamı qeyri-mümkün edəcəyini bilirəm. Sizə qəribə gələ bilər amma mən bədbəxt olduğum anlarda ölümü heç istəmədim. Əksinə İnsanın ən xoşbəxt olduğu anlar vardır , məsələn sevgilisiylə ilıq bir bahar günündə, əl ələ gedərkən … Bəzən insan deyir ' Bu an ölsəm gözlərim açıq getməz 'deyə.O anın pozulmasını istəməzsən çünki. Sonsuza qədər o anın içində qalmaq istəyərsən. Ölməzsənsə o an axıb gedəcək, ölsən son yaşadığım şey o an olacaq. Belə bir şey mənimkisi kimidir … Bu qədər məşğul ol,
verirəm eşqi izah edə bilmək üçün, eşqi unutdurmaq üçün. Bir tək özümə faydam yox yəqin mənim. Təsadüf etmir mənə eşq, məni xoşbəxt etmir çox təəssüf ki … Bir səbəbi varsa bu yaşadıqlarımın, bir məna kəsb edirsə, bilim artıq bunu. Belə axmaq axmaq baxmayım həyata, eşqə. Top dibə vurmadan sıçramaz,amma mən vurdum dibə … Yaxşı niyə sıçramıram? Niyə qalmışam dibdə … Eşq,söyləyə bilərsənmi mənə bu işin bir həlli varmı görəsən?
Ayaqlarım! Yorqunluğun dibində Həyatım! Xatirələrin bitdiyi anda Ümidlərim! Təkliyin edam masasında Paramparçayam! Eşqin çıxmaz küçələrində.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 724
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri