Səbr etməlisən...

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 5 591
Səs ver:
(səs: 1)
Həyat, bir musiqinin yoldaşlığında gözəl…
Küləyi hiss etməlisən əvvəl, sonra misraların arasındakı titrəşmələri. Ürəyinə göndərdiyi esintileri eşitməlisən; ucsuz-bucaqsız dərinlərində, unutdurmalı sənə çirkin olan nə varsa. Gözəllikləri verməli ruhunun dərinliklərinə. Sevgin, səni dimdik tutmalı ayaqda və qorumalı ən böyük qasırğalara qarşı.

•:*:• •:*:• •:*:• •:*:•

Sinə gərməli... Buraxmamalı səni, boşluğa yapışmalısan. Kökləri möhkəm olan sevgi həyatının budaqlarında bilməlisən qorunduğunu... Müqəddəs olannə varsa səndə olmalı və sən qorumalısandəyər verdiyin nə varsa.

•:*:• •:*:• •:*:• •:*:•

Həyata sarılarkən sənin də bir musiqinin olmalı, bəstəsini özün etdiyin. Əmək verməlisən, bəsləməlisən həyatı ki o da sənə verə bilməli nə istəyirsənsə. İstəklərin, ədalətli olmalı; eqoistcə deyil…

•:*:• •:*:• •:*:• •:*:•

Safını axıtmalısan həyata ki; o da sənə bütün safı təqdim etsin. Nə istədiyini bilirsənsə... Səbr etməlisən... Səbr etməlisən ki səbrin sənə mükafatını versin.

•:*:• •:*:• •:*:• •:*:•

Dağın zirvəsinə çıxacaq gücü yoxsa, həmişə günəşin istiliyinə həsrət qalar insan. Gedəcək bir istiqamətin yoxsa əgər, o zaman küləyi günahlandırmaq niyə? Qorxursansa ürküdürsənsə duyğularını, qaranlığa ləkə sürmə. Yoxdur fərqi işıqlıqdan...

•:*:• •:*:• •:*:• •:*:•

Toxunmaqdan çəkinmə hiss etdiyin hər şeyə. Hiss etmirsənsə doxunuşun nə əhəmiyyəti var!.. Nə əhəmiyyəti var keçirdiyin hər dəqiqənin içində sevgi yoxsa.

•:*:• •:*:• •:*:• •:*:•

Həyata bir məqsəd əlavə et. Ən kiçik məqsədlərin belə bacardıqları böyükdür. Çobanyastığıların açılış səbəbi necə ki dünyanı gözəlləşdirməksə; sən niyə çirkinləşdirirsən həyatı? Yoxmu bir çobanyastığı qədər qürurun? Yoxmu gözlərinlə baxdığında Yaradanı görəcək cəsarətin.

•:*:• •:*:• •:*:• •:*:•

Görünəndə deyil; ürəyimdə yanğınım. Yanar; amma bir Rəbbim bilər. Mənə yol göstərəcək işıq axtararam. O işıq, mənə Rəbbimdən gəlir. Kim nə istəsə düşünsün, mənə nə!,
ALLAHıma əmanət...Mən, nə istədiyimi bilsəm; Rəbbim, mənə istədiyimi verər əlbət…
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 5 591
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri