Ağ kağız qələm bir də mən

Müəllif: Üzel..
Şərhlər: 7
Baxılıb: 2 320
Səs ver:
(səs: 0)
Qələm və mən saatlarla ağ kağıza baxıb durduq.
Qəlbimiz qırıq olsa da.....nəsə yazmaq istədik. Qəlb qırmadan incitmədən nəsə demək üçün.
Alınmadı........
Nə mən yaza bildim nədə ki qələm yazmaq istədi.
Mən ağladım o sakit durdu izlədi. Əllərim əsdi o titrədi. Mən nə edəcəyimi bilmədim o edəcəyini bilirmiş kimi baxdı mənə.
Yazmadı yazmaq istəmədi.
Mən yazdım səni sətirlərə. Yazarkən böyük təssüflə andım.Sözləri bir bir xatırladım. Xatırlarkən bəzən güldüm bəzən dolub qaldım. Mən yazdıqca sətirlərə səni........qələm qaraladı sətirlərin üstünü.
Səndən son sətir də qalmasın deyə.
Mən yazdım o sildi.
Mübarizəmiz gecənin zülmətindən günəşin səfəqlərinə dək davam etdi.
Ən sonda tək bir cümlə yazdim.
Mən məğlub oldum
O sildi
Və yazdı
Sən qazandın O itirdi
Ona dəyməz...!!!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 320
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri