Yalanla "yaxalanan" xəyanətlə "qurulanar"

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 1 769
Səs ver:
(səs: 1)
Mən əlindəkilərin dəyərini itirincə bilənlərdən deyiləm...dəyər verdiklərimi itirənlərdənəm.

Sən dəli bir yağışsan, mən isə o dəli yağışa həsrət bir ovuc torpaq.

Bəzi edilənləri nə uddum, nə unutdum...doğru zaman deyə bir şey var, onu gözləyirəm!

Sahib olduqlarına şükür etməyi bacarmayanların, itirdiklərinə üsyan etməyə hakları yoxdur.

İnsan adam olmayınca, adamlıq insana çətin gəlir.

Mənlə bağlı problemin var? "PROBLEM" yaz, boşluq burax, sonra özünü o boşluqdan at, görək problemin qalır ya qalmır :D

Həyat mücadiləsini kimsəyə ehtiyac duymadan verən insanlar, tək qalmaqdan qorxmazlar. Çox zaman səssizdirlər, çünki onlar el aləmə minnət etməyin gurultusunu yaşamazlar.

Mən kimsəyə "yaxşıkı həyatımdasan" demərəm. "Yaxşıkı həyatındayam, qədrimi bil!" deyərəm :)

SƏN nəyin gözəl olduğunu bilirsən? İlk kəliməni oxu!

Boş yerə canı yanmaz insanın, ya gələcəyə dair bir əskikliyi vardır, ya da keçmişdən qalan bir artıqlığı.

Və bir qadın sevilməyi gözləyər, gecənin ən incə bir yerində.

Çalar saat kimi idi xəyallarım, mən qurdum onlar çaldı.

Göydən dəniz yağsa belə, su aramızdan sızmamalı.

Ürəyini qırdısa səssiz qal, səssizliyindən qırıldığını anlamırsa onsuz qal.

Bəzən insan "mən yaxşıyam" deyən zaman, onun gözlərinə baxıb "yaxşı deyilsən, bilirəm" deyəcək birinə çox ehtiyac duyar.

Bu gün səni aldadanı sabah başqası aldadar. Yalanla "yaxalanan" xəyanətlə "qurulanar"
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 1 769
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri