Xoşbəxt münasibətləri öyrədən 5 şey

Müəllif: Onun_Mələyi
Şərhlər: 1
Baxılıb: 1 541
Səs ver:
(səs: 0)
1. Anlaşılmazlıq qaçınılmazdır
Əgər siz öz partnyorunuzun sözlərini tamam başqa cür başa düşüb, daha sonra yanlış düşündüyünüzü anlamısınızsa, buna ilişib qalmayın. Daimi münaqişə-müzakirələr münasibətləri korlayır. Bəzən bu da olacaq ki, sizin söylədikləriniz partnoyurunuz tərəfindən yanlış anlaşılacaq və buna üzüləcəksiniz. Belə anda sadəcə təslim olun və geri çəkilin, çünki bu elə bir əhəmiyyət daşımayacaq. Anlaşılmazlıqlaro zaman problemə çevrilir ki, siz onların böyüməsinə şərait yaradırsınız. Sakitləşin və anlaşılmazlığı bağışlayın.

2. Güvənməyi öyrənin
Əgər sizinlə yaşayan bir insanın hər səfərində arxanızdan bir iş çevirdiyini düşünərək yaşayırsınızsa, o insanla həyatı necə bölmək olar?Partnyorunuzla münasibətlərdə onun sadiqliyinə, dürüstlüyünə və qayğıkeşliyinə inanmırsınızsa, deməli yaxşı münasibətlərdə deyilsiniz.Ən yaxşı münasibətlər dərin güvəndən başlayır, hətta problemlər yaransa belə, (mütləq problemlərin olması qaçınılmazdır), güvən hissi o qədər güclü olmalıdır ki, problemlər münasibətləri sarsıtmasın.

3. Bir-birinizdən uzaqlaşıb dincəlin
Doğrudur ki, sevgililər daima bir-birilərinin yanında olmaq istəyirlər. Təbii ki, hər gün, hər saat birlikdə olmaq gözəldir. Ancaq bu bəzən bezdirici də gəlir. Nəzərə alsaq ki, həyatda bizi gözləyən başqa işlər də var, həmin işlərə də zaman ayırmaq lazımdır. Əgər siz başqa işlərə, iş yoldaşlarınıza və dostlarınıza da zaman ayırsanız, geri qayıtdıqda partnyorunuz üçün çox darıxmış olacaqsınız. Belə olduqda münasibətlərinizdəki əsil dəyəri anlayacaqsanız.

4. Böyümə və dəyişikliyə təşviq etmək lazımdır
Yaxşı münasibətlər elə olmalıdır ki, hər iki partnyor bu münasibətlərdə böyüsün və inkişaf etsin. Ömür bir dəfə verilir və siz onu dolğun yaşamalısınız. Məsələn, əgər siz işdən çıxıb təhsilinizi davam etdirmək istəyirsinizsə, partnyorunuz buna dəstək olmalıdır. Yaxud siz hansısa bir işi yoxlamaq üçün yeniliyə gedib, alınmadıqda təkrar köhnə işə qayıtdıqda, partnyorunuz yenə də sizə dəstək olmalıdır. Eləcə də eyni münasibəti siz partnyorunuza qarşı göstərməlisiniz. Həmçinin partnyorunuzu sadəcə öz əhatənizlə məhdudlaşdırmayın, icazə verin, dostları və tanışları ilə münasibətdə olsun, o zaman hər iki tərəfüçün həyat darıxdırıcı keçməz.

5. Güzəştə getmək məğlubiyyət deyildir
Güzəştə getmək, təslim olmaq, yaxud məğlubiyyət deyil. Əslində hər şey əksinədir. Əksər insan öz davranışında haqlı olduğunu düşünərək hərəkət edir. Eyni şeyi həm siz, həm də partnyorunuz da düşünə bilər. Arqumentlərə diplomatikgözlə baxın. Məntiqli olan nədir? Əgər partnyorunuz haqlıdırsa, bu barədə deməkdən çəkinməyin. Onun yolunu qəbuledin, yaxud da öx baxış bucağınızı 50-50-yə dəyişin. Əsas məsələ münasibətləri yaxşı səviyyədə qoruyub saxlamaq və inkişaf etdirə bilməkdir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 541
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri