İlk görüşdə bu mövzulardan danışmayın

Müəllif: Onun_Mələyi
Şərhlər: 2
Baxılıb: 2 115
Səs ver:
(səs: 1)
İlk görüşdə hər zaman xoş söhbətlər etməyə çalışırıq. Görüşünüzün müvəffəqiyyətlə keçməsi üçün bəzi mövzuların söhbət zamanı danışılması məqsədə uyğun deyil.

1. Köhnə sevgiliniz barədə hər hansı mövzu
Burada mövzunun nə olduğu əhəmiyyətli deyil. Əhəmiyyətli olan köhnə sevgilinizləəlaqədar hər hansı söhbətə başlamağınızdır. Çünki mənfi xatirələrinizi danışmağa başladığınız an qurban, gözəl xatirələtinizi danışan zaman isə hələ köhnə sevgilinizi unutmamış kimi görünəcəksiniz.

2. Maddi vəziyyətlə əlaqəli mövzular
Bu kimi mövzular haqqında danışmaq hər zaman asan olmur. Çünki bəzən hobbiləriniz və ya getdiyiniz tətillər maddi vəziyyətinizi göstərir. Məsələn, İsveçrədəki son xizək tətilinizi danığdığınız zaman avtomatik olaraq bəzişeyləri izah edirsiniz. Buna görə söhbətinizin daha gözəl keçməsi üçün öz təcrübələrinizdən danışın.

3. Sağlamlıq problemləriniz
İlk görüşdə əyləncəli mövzular haqqında danışmağın faydası daha çoxdur. Gələn həftə bədəninizdə olan hər hansı problemi müalicə etdirməyiniz haqqında danışmaq əyləncəli deyil. Qısacası hər cür tibbi probleminiz ilk görüş üçün səhv bir söhbət mövzusudur. Bu səbəbdən səhiyyə problemlərinizi danışmağınız görüşünüzə mənfi istiqamətdə təsir edəcək.

4. İşinizin dəqiqə dəqiqəsinə detalları
Karyerasına əhəmiyyət verən şəxslər işlərində olan ən kiçik detallara belə diqqətlərini cəmləmək mövzusunda olduqca müvəffəqiyyətlidirlər. Hər gün zamanlarının böyük qismini bir proyektə həsr etdikləri və ofislərinə bağlı olduqları üçün işlərinin son dərəcə maraqlı olduğunu düşünürlər. Lakin çox vaxt qarşı tərəf bunu bu şəkildə qəbul etmir.
Təbii ki, istisnalar var. Bu görə işinizi ümumi xəttləriylə anlatmanız çox normaldır, lakin əlaqənin başlarında bununla yetinmenizi tövsiyə edirik.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 115
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri