Bir qadın səni sevirsə qoxlayaraq öpər səni

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 836
Səs ver:
(səs: 1)
Bir qadın səni sevirsə sənə məxsusdur.
Mütləq bir foton var bir yerində otağının...onu qaldırtma!
Bir qadın səni sevirsə yatmadan əvvəl dua eləməyi sənin adınla başlayan dualar...və bitən sənin adınla...onu susdurma!

Bir qadın səni sevirsə sənə zərər verməz...yalnız gənc adam, qadınlar imtina etdikləri adamlara da acımağı bacarmaz bu da qalsın yadında

Bir qadın səni sevirsə qoxlayaraq öpər səni,
Səni sevən bir qadın sevdiyi qədər səni qucaqlayarsa sümüklərin qırılar.
Və bir qadın səni sevirsə sən nə qədər güclüsən o qədər güclü hiss edir özünü, onu yanıltma.

İlk imtahanda sinifdə qalma!
Və heç vaxt,
Amma heç vaxt!
Araya ümidsizliyi soxma.
Orasıdır qadının şah damarı...ümidi
Kəsildiyi an, əl çəkir qadın.
Sevməkdən,
Gözləməkdən,
Darıxmaqdan,
Hətta dua etməkdən
Var gücüylə, qaçar.
Tuta bilməzsən.
Artıq o, qadını üstünə götürə bilmərsən.
Sahib olmadığın qadına hesab da sora bilməzsən.
Qadınları bomba kimi düşün gənc adam...səhv naqili kəssən onunla birlikdə sən də partlayarsan.

Bax oğlum!
Bu həyatda hər şeyi alarsan, yalnız səni sevən qadının yoxdur qiyməti.
Səni hər şeyə baxmayaraq sevən qadını satın ala bilməzsən,
Pul Kisən çəki dəyişdikcə, sevgiləri azalan sevgililərin olur ən çox

Sən sən ol, o qadını satma!
Bir qadın səni sevirsə dava edər.
Həm bir azdan boğazına yapışacaq sanırsan, həm görərsən gözlərindəki qorxunu.

Qadınlar susmaz gənc adam,
SUSMUŞ QADIN GETMİŞ QADINDIR.
Susan bir qadın üçün bitmiş bir adamsan.

Bu qadınların dəyişməz və dəyişdirilməsi təklif belə edilməz olan maddələrindən biridir.
Qadın olmanın qanunudur.
Bir şey daha var ki,

Quşdur qadın,
Və bir səması var hər qadının.
Elə bir havan olmalıdır ki adamım,senden köçməməsi üçün, onu dondurmamalısın.
Bunu, bir vaxtlar səni göy üzü elan etmiş qadının, başqa bir göy üzündə qəhqəhə atdığını eşidəndə anlayarsan.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 836
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri