Qırıqlarını da al, gəl

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1 868
Səs ver:
(səs: 0)
İnsan öz qırıqları varkən, bir başqasının qırıqlarını toplamaq istərmi ? Sanki sənin qatarla getdiyin halda, mən avtobusla gəlirdim arxanca. Sənə doğru uzanan bir əl var buralarda. İnsan gedərkən heçmi arxasına baxmamalı ? Oysa sadəcə qırıqlarını toplamaq istərdim. Sevməklə sahiblənmənin qarışdırıldığı bir zamanda , mən bunu necə ayıra bildiyimi göstərmək istərdim sənə. Sonunda öyrəndim.
Susaraq sarmaq istərdim yaralarını. " Səni kimlər qırdı belə? " Və ya " kim qırdıysa o toparlasın " - demədən. Mən sağaltdım deyə təkrar məndə qalmanı gözləməyərək. Paltarlarını yeni yuduqdan sonra üstünü batırmaması üçün uşağını palçıqlı küçədə oynamağa buraxmayan bir ananın qəddarlığı yox məndə. Qorxma , qıymam sənə. Təkrar qırılsan , istərsən yenə mən sararam öpərək. Tək kəlimə etmədən. Susaraq heçmi anlaşmaz insanlar ? Susaraq anlaşanlar varmıdır həqiqətən ? Məsələn bir baxış kifayət etsin ikisinin də eyni anda qalxıb bir-birinə çay hazırlamasına. Sən heç susdunmu birinə ? Heç baxdınmı arxana "kimlər mənə susur" deyə ?
Mən buralarda "yaxşıyam" deməyə davam edəcəm hələ bir müddət də. Rastlaşma ehtimalımız olmayan küçələrdən keçəcəm sənə bənzər üz görmək arzusu ilə. Xəyal quracam ağlımda "o küçənin başından çıxsa , necə qaçaraq qucaqlaram " deyə. Ən kimsəsiz yerlərdə adını səslənəcəm məsələn. Hələ bir müddət də bu yerlərin yağmurunda islanacam. Hərdən yağış yağdığında atacam özümü küçəyə , ağlayacam doyunca. Səndən qalan bir neçə xatirə ilə ovunduracam özümü. Ən xoş və ən pis günlərimdə bütün yanımda olanlar vecimə deyil. Ən son "ehtiyacım var" cümləsini sənə qurmuşdum mən. Ehtiyacım olan anlarımda yalnız başıma qala-qala öyrəndim daha. Hələ bir müddət də özləyəcəm bu şəhərdəki yoxluğunu. Alışmağa çalışacam boşluğunla. Heç yaşamadığın bu şəhərin bütün sakinləri səndin sanki. Yenə buralardan söz yığınları yazmağa davam edəcəm. Dedim ya , hələ də "yaxşıyam" deyəcəm bir müddət. Sonrasımı ? Yaxşıyam'lara sığınacam əlbət. Fəqət buralarda yox. Otağımın bir küncünə yerləşdirdiyim o dünyaya addım atdığımda səni də, səni basdırdığım bu şəhəri də arxamda qoymuş olacam. Bir dəfə də olsun bərabər addımlamamız mümkünkən , gec qalma. Qırıqlarını da al , gəl..
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 868
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri