Öz yolumun əksikliyi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 388
Səs ver:
(səs: 0)
Yolunda getməyən bir şeylər var. Yolunda gedən nə var ki? Əslində gedən çox var. Şükür, hər şey yolunda gedir… Hər şey və hər kəs yoldadır gedir… Gedir. Bir tək zaman getmir. Çox cansıxıcı həyat tərzi keçirirəm.
Bəzən deyirəm filmdən başın çıxsa da gedib oturub bir qəşəng film izləsək, hə? Yox amma olmaz.
Bu gün bir şey oldu. Çölə çıxdım siqaret çəkməyə. Ay çox gözəl hətta çox əla çıxmışdı. O qədər parlaq və gözəl idi ki, “çox” demək az olar. Bir ulduza baxırdım, nədənsə oda getdi. Ulduz axdı yəni. Axmaq da getməkdir - hər iki mənada (ağıl da, ulduz da gedir). Həmin ulduz axan zaman tez dilək tutmağa çalışdım. Həyatımda ən gərgin və ən həyəcanlı anı idi. Nə dilək diləyim deyə vurnuxdum. İşte nəsə tutdum.
İnsanların həyatına ani baş verən şeylər var ki, onlara necə cavab verər bilməzlər. Məsələn qəflətən qarşına çıxan birinə qarşı necə davranacağını bilməzsən çünki qorxarsan. Qorxmaq davranışını dəyişir.
Paranoyak oldum bu gün. Sözün əsl mənasında paranoyak.
Bu gün bir ulduz gördüm, çəhrayı rəngdə yanıb sönürdü. İlk öncə dəli olduğumu zənn etdim. 5 6 dəfə gözümü ovxaladım ama işə yaramadı. Əl üzümə su çəkdim yenə baxdım - yox yenə rəngli yanırdı - ağ deyildi. Yəni anlayacağın özüm özümlə bacarmıram.
Təmiz özümdən çıxmışam. Özümdən çıxıb özümə baxıram. Puzzle kimidi. Hər şey tamam ama bir şey əksik. Bu gün tapdım o əksikliyi. O əksiklik özüməm. Öz yolumdur. Öz yolumun əksikliyi.
Anlamırsan bu necə bəladır. Hər kəsdən qaçıb bapbalaca otaqda qapana qısılmışam. Çölə çıxmıram. Çıxa bilmirəm. Çıxmaq da istəmirəm. Çöldə mənə görə heç nə yoxdu. Alınmır. İnsanlardan qaçıram. İki kəlmə - salam, sağol. Bu hala necə gəldim bilmirəm. Ürəyim sınıb sanki. Nədən və kimdən inciyib, kim sındırıb bilmirəm. Meşədə gəzib yolunu azan, heç bir yerə getməyib oturduğu yerdən belə durmağa qorxan axmaq kimiyəm.
Yaşıyırıq birtəhər. Evdə ikimizik; mən və təkliyim. Narahat olma, təkliyimdən sənə ziyan gəlməz. Gecələri gəl. Hər kəs yatdığı zaman gəl. Bilirsən hardan gəlmək lazımdı. Pəncərədən… İşıqlarınla. Üç beş ulduzla. Gəl yəni gəl. Getmir burda heçnə. Gedənlər də tam getmir. O deyirlər ha “burax ay getsin, sən qal bu gecə” - Mən buraxdım hər şeyi getdi, bir tək sən qal, Sən qal… Sən.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 388
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri