Ayrıldıqdan sonra bunları edin

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 1 634
Səs ver:
(səs: 0)
Heç kim bir münasibətə ayrılmaq üçün başlamır. Və gəlin etiraf edək ki, heç kim də qarşısındakı insanı bir ömür boyu sevəcəyinə söz verə bilməz. Versə belə tuta bilməyəcək. Çünki insanların fikirləri, zövqləri, duyğuları, hətta baxış bucaqları belə zamanla dəyişir. Bu zaman ayrılıq qapını döyür. Hələ mövsüm payızdırsa, ayrılıqlar qaçılmazdır. Əsas çətinlik isə bitən münasibətin ardınca nə etməli olduğumuzdur.

Qadınla.Com ayrılıq sonrası soyuq duş effekti verəcək bir neçə üsulu təqdim edir:

İlk olaraq ayrılığı qlobal problem kimi görməkdən imtina edin. Dünyada eyni saatda ayrılan milyonlarla cütlük var. Siz də onlardan sadəcə birisiniz və tək deyilsiniz. Ətraf oxşar hadisələr yaşayan insanlarla doludur. Buna görə də məsələni çox şişirtməyin və “Mənim kimi birindən necə ayrıla bilər?” düşüncəsini beyninizdən atın.

Yeni məşğuliyyətlər tapın. Qəbul edin ki, yola davam etmək lazımdır. Əlbəttə, bir müddət ağlayıb sızlamaq normaldır. Hətta müəyyən zaman ərzində ən sevdiyi oyuncağını itirən körpə kimi də olacaqsınız (Nə qədər gülməli səslənsə belə). Amma zamanla düzəlir. Və bu sizdən asılıdır. Əgər belə yalnız yaşaya bilməyəcəyinizi düşünürsünüzsə, yadınıza salın ki, münasibətə başlamadan əvvəl də xoşbəxt olmusunuz.

Fikrinizi toparlayın. Sizi xoşbəxt hiss etdirəcək insanlarla danışın, onlardan məsləhətlər alın. Bir insan əksikdir sadəcə. Sizi sevən yüzlərlə dost-tanış var. Sosiallaşmaq sizə yardım edəcək.

Bəhanələrdən qurtulun. Beyninizdəki sualları bir kənara atın. Hər şeyin yaxşı olacağına inanın. Bu inam sizə güc verəcək.

Bu vəziyyətdən dərs çıxarın. Bundan sonrakı münasibətdə nə etmək lazım olduğunu, qarşınızdakından nələr gözlədiyinizi öyrənmək üçün bu ayrılıq yeni bir şansdır. Unutmayın, heç kim sizdən artıq və dəyərli deyil.

Bir ayrılığa görə eşqə olan inancınız ölməsin. Deməli, ya məkan, ya zaman, ya da ki, seçdiyiniz insan düzgün olmayıb. Bu isə gələcəkdəki münasibətin də düzgün olmayacağı anlamına gəlmir. Sizin üçün doğru olan insanı axtarmaqdan heç vaxt bezməyin.

Problemlərdən qaçmaq sizi xoşbəxtliyə aparmayacaq. Çətinliklərlə üzləşin. Problemləri də, özünüzü də, ətrafınızdakı insanları da tanımağa çalışın. Özünüzü həqiqətən sevməyi öyrənin. Əgər bunu bacarsanız, birinin hansısa boş və mənasız səbəblə sizdən ayrılması artıq əvvəlki kimi təsir etməyəcək. Dəyərinizi bilin.

Son olaraq bolluca şokolad yeyin. Yox, əgər yuxarıda yazılanlardan bir dərs almadınızsa, inanın ki, heç şokolad da sizə kömək etməyəcək.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 634
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri