Bu dəfə dönüşsüzdür. Getdi və bitdi.

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 1 629
Səs ver:
(səs: 1)
Uzun zaman keçib son darıxdığı günün üstündən. Indi nə o mahnılar xatırladırdı keçmişi , nə o şəhər. Bir zamanlar hər küçəsi göy qurşağının bir rənginə boyanmış o şəhər indi toza-dumana qarışıb, nə döngəni dönəndə görmək ümidi, nə görəndə sevinmək şansı qalıb. Dəyişən təkcə Bakı olmadı , dəyişən insanlar da var idi. Sanki indi insanlar əvvəlki kimi xoşbəxt görünmür, sanki əvvəlki kimi içdən gülmürdülər. Deyəsən dəyişən özüdür . Əvvəllər içindəki o rənglər bütün dünyasını da xoşbəxt rənglərə boyayıbmış , elə bilirdi hər kəs gülür , elə bilirdi hər kəs nəşəli. Amma çıxarılan o çəhrayı eynəklər , dərinliklərdə gizlənmiş o duyğular , sifətinə qonmuş o gülüşlər həyatın əsl üzünü göstərmişdi. Uzaqdadır. Gedənlər başqaları olsa da o uzaqdadır. Yaxında görünən o, əsl deyil ki , içindəki o, çox uzaqdadır. Bu uzaqlıq nə bir biletdən aslıdır , nə də təyyarədən. Bu dəfə dönüşsüzdür. Getdi və bitdi. Indi nə bir duyğu , nə də bir həyəcan o dərinliyə girib çıxara bilməz onu üzə. Ətrafınızdakı insanlara yaxşı baxın. Gülüşlərini sorğulayın , sözlərindən əmin olun . Çünki içdən əriyir insanlar , yox olur gözümüzün önündə. Biz isə sadəcə gözlə gördüklərimizlə yetinirik, hiss etməyə çalışmırıq.
Bu dəfə dönüşsüzdür. Getdi və bitdi.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 629
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri