Mənsiz necəsən?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 530
Səs ver:
(səs: 1)
Yenidən başlasaq... Əvvəlki kimi yalnız salam, sağ ol desək, və bir gün yenə anlasaq ki bu bizə azlıq edir... Səni sevirəm desək bir-birimizə...
Hardasan...

Nəfəsim mənim... Bu anlarda səndən bir şey soruşmaq istəyirəm... Yox, məni sevirsənmi - deməyəcəm... Mənsiz necəsən - deyəcəm...
Sənsə soruşma, çünki mən sənsiz deyiləm, bir an da..

Bir gün bir külək əsən zamn mənim sənə olan sevgimi pıçıldasa qulağına, unutma, sən də mənə bir qədər sevgi göndər...

Bilirsənmi, canım, bir necə ana illər sığışa bilirmiş... sənli günlərimi xatırladığım zaman...

Səni özüm uydurmuşam... ətrini də, səsini də... Səni görsəm birdən O sən olmazsan deyə qorxuram...

Hər gecə səni unudum, yaddaşımdan silim və xatırlamayım deyirəm... amma hər sabah sənin bir zərrə sevginin işığıyla ayılıram və bütün günü səni sevirəm yenə...

Səni necə də çox sevdiyimi bilmək istəyirsənsə, əllərini yağışa doğru uzat... Tuta bildiyin damlalar - sənin sevgindir, yağış isə - mənim.

Sənə "çox elə mənə lazımsan" dedim... amma demədim ki, Lazımsan, özü də Çox...

Sənə - daha səni görmək istəmirəm - desəm, gedərsən... həmişəlik... Amma kaş ki sadəcə işıqları söndürsəydin...

Səndən qəlbinə sığışmayan sevgi gözləmək mənim səhvim idi, çünki sən bunları yaşamışdın... Bilirsənmi, yanımda olman belə yetər artıq...
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 530
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri