Səni sevməyimin əvəzini sənsizliklə ödədim

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 1 868
Səs ver:
(səs: 0)
Bu gecə ay ağlayır ayrılanlar üçün. Ulduzlar nəğmə söyləyir sevib sevilməyənlər üçün. Bu gecə mən də ağlayıram gözləyib qovuşmadığım birisi üçün.

Səni heç vaxt üzmərəm ağlatmaram demişdin. Vəfasız bunu bil ki, məni ən çox sən ağlatdın. Əlini vicdanına qoy Allahından qorx, bir gün sən də sevər bir gün səndə ağlayarsan!

Sənə məni sevmədiyin üçün qızmıram, çünki sevmək ürək istər daş yığını deyil.

Tanrım sənə sənin kimi bir sevgili versin. Sən də onu mənim kimi sevərsən. O da sevər sənin kimi bir başqasını. Sən sevdiyini sevərsən, sevdiyin bir başqasını.

Hər yeni sevgilində bir az məni unudacaqsan, hər yeni günə başqa bir ümidlə başlayacaqsan. Bir gün gələcək sevgilim yenə mənim üçün ağlayacaqsan.

Sənə verdiyim dəyəri bir gülə versəydim mənim üçün hər dörd mövsümdə açardı.

Sənsizdə düşərmiş təqvimdən günlər. Ağlasan da anmaz adını dillər. Sanma ki, bu könül yenidən gözləyər. Unut deyirdin unutdum artıq!

Səni sevməyimin əvəzini sənsizliklə ödədim.

Səni hər düşündüyümdə nifrət etdim sevgiyə bütün duyğulara. Düşünürəm bir gün sən də, sənin mənə yaşatdıqlarını yaşadacaq bir vəfasıza könül verərsən.

Dilin adımı anmasa da boş ver xatırlamağa heç çalışma, necə olsa bir gecə şirin yuxunda, mən gələcəyəm ağlına ağlayacaqsan. Gün gələr oturarsan nigah masasına. Sevincli həyalınla imzanı atsan da, eşqinlə rəqs etdiyin ilk tansında mən gələcəyəm ağlına ağlayacaqsan.

Əgər bir gün evlənərsənsə sənə ağ şam göndərəcəyəm. Qaranlıq sevincini əngəlləyəndə o şamı hər yandırdığında, əriyən məni görəcəksən.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 868
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri