Sən keçdin mən yenə sinifdə qaldım

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 1 811
Səs ver:
(səs: 0)
Həyatda ən şirin şey sevgilinin dodağından bir öpüş almaqdır. Ən acı şey isə o dodaqlardan sevilmədiyini eşitməkdir.

Diləyirəm Allahdan üzün heç gülməsin. İllərcə mənim kimi sevib səndə dərd çəkəsən.

Sevgimi bilmədin günah məndəmi? Sevən çəkər dərdi, sevməyən haradan bilsin.

Mənə sevgidən söz etmə, sevmək kim, sən kimsən.

Sevdim sevilmədim taleyimə sevilməmək düşmüş. Tanrıdan arzum budur ki, unudularsan səndə mənim kimi, üzülərsən mənim kimi, yıxılaraq sürünərsən mənim kimi. Yaşayarsan gün gələr zamanın əcəl kimi ötüb keçər.

Sən gedərkən birlikdə ağlamışdıq, yerini indi yağışa verdim, sən gələnə kimi ortaq olacaq, başqa göz dəyməsin deyə.

Sən keçdin yenə mən sinifdə qaldım. Heç cürə yanına gələ bilmədim. Sevda imtahanından təşəkkür aldım, xəyanət dərsinə heç hazırlaşmadım. Gözlərim bağlanırsa yuxusuzluqdan qorxaram müəlliməmə hörmətsizlikdən. Bir örnək istədi duyğusuzluqdan, səni deyəcəkdim danışmadım. Vəfasız olmağı bilmədim deyə, adını qəlbimdən silmədim deyə, məktəbdən qovuldum gəlmədim deyə, təbəssüm etməyi öyrənə bilmədim.

Sən şəhərimin mənsiz soraqlarını addımlayarkən, mən sənsizliyin soraqlarında özümə bir şəhər qururam.

Silinər deyirlər bu acı izlər, bitərmiş qışlarım gələr yazlarım. Bilməzlər bu könlüm dərindən sızlayar. Mənə unudarsan deyirsən. Bunu söyləmək sənin üçün çox asan.

Pislik deyilən bir şey olmasaydı, cəhənnəm boş qalardı. Sən məni qırmasaydın, bu can uğrunda fəda idi.

Sevdiyimdən gündən etibarən hər acını daddım, hər şeyə alışdım, yalnız sənin yoxluğuna alışmadım. Artıq anlayıram mənə həsrətdən və göz yaşından başqa bir şey verməmisən.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 811
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri