Əvvəlki yerini ürəyimdə axtarma

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 1 653
Səs ver:
(səs: 0)
Sən sənsizlik nədir bilirsən? Hardan biləcəksən çünki sən sənsiz qalmadınki.

Səni ürəyimin dərinliyinə atdım üzərinə daşdan qapılar hördüm. Məni elə incitdi ki, səninlə olan yaxşı günlərimi istəsəm də xatırlayım, xatırlaya bilmirəm. Sənin cəzanı Allah verəcək.

Sənsiz keçən günlərimi cəhənnəmdə yaşayıram. Sənin sevginlə böyüyürəm, sənin sevginlə həyata alışıram, dolanıram küçələri səni axtarıram, adını soruşduğum insanlara bir gül üzlü biri var onu axtarıram deyirəm. Hey axtarıram tapmıram. Sən mənim hər şeyim sən mənim həyatımsan. Bir gün səni tapsam səndə özümü axtaracam.

Sevdim sevilmədim, bəxtimə sevilməmək düşüb. Tanrıdan diləyim budur unudularsan bir gün, üzülərsən mənim kimi, yıxılsan mənim kimi yaşa, heç həyatında gülmə gülümsəmə.

Bitir bu həsrəti dön gəl artıq. Qara gözlüm ay üzlüm sevdiyim gecəm. Günəş doğmadan gəl, səni kimsə sevmədən gəl, əzrayıl canımı almadan gəl.

Əvvəlki yerini ürəyimdə axtarma. Sən gözümdən axan selə dönmüsən.

Sən məni dostuma, düşmənimə güldürtdün, vicdanının səsini dinlə gör nə deyir. Axı bir can burda sənin üçün ölür.

Həyatda 4 dəfə səhv etdim. Doğulmaq, yaşamaq, böyümək və ümidlərə sarılmaq. Bir dəfə doğru seçim edib səni sevdim. Bu seçimi edərkən unutdum 4 səhvin 1 düzü sildiyini.

Kimsə xoşbəxt oldu, mənsə sənsizəm, həyatda hicranla vüsal qoşadı, indi sahilimə həsrət dənizəm.

Duyuram sənə toxunmanın əzizliyini və düşünürəm aşiq olmanın rəzilliyini inan yanında ikən ən çox çəkirəm həsrətini!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 653
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri