Yoxluğunla böyütdüm bu sevdanı, bunu varlığına bağışlayıram.

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 1 813
Səs ver:
(səs: 0)
Artıq buludlara yazıram həsrətimi, yağmur yağınca anlayarsan səni nə çox gözlədiyimi!

Yoxluğunla böyütdüm bu sevdanı, bunu varlığına bağışlayıram.

Sən o sevgini qoruya bilmədin. Bilmədin ki, sevgi açılmayan qönçədir; Mənim qəlbimlə oyun oynadın bilmədin sevən ürək teldən incədir!

Sevgi və dostluq bir gün yolda qarşılaşırlar, Sevgi özündən razı bir şəkildə soruşar: Mən səndən daha səmimi və daha isti bir duyğuyam sən nəyə gərəksən bu dünyada? Dostluq isə cavabında özündən razı olan duyğuya deyir: Sənin arxanda buraxdığın göz yaşlarını silmək üçün.

Qaranlıq aydınlıqdan, yalan doğrudan qaçar. Günəş təkdə olsa ətrafa işıq saçar. Unutma! Yaxşıların qədəridir yalnızlıq: Qarğalar sürü ilə qartallar tənha uçar.

Yuxularımı aldın, gecələrimi qaçırdın. Günahkardır deyəcəyəm, məhkəməyə verəcəyəm, təzminat olaraq da qəlbini istəyəcəyəm.

Sevmək çaydır sevilmək şəkər, bizim kimi qəriblər çayı şəkərsiz içər.

Bu gün mövsüm ağlayır. Gözləyir o aydınlıq günlərini, ayrılır yarpaqlar ağaclardan bir həsrət küləyiylə. Mənə küləyi yaşatma ey sevgili!

Nə səni unudacaq qədər zaman keçəcək, nə keçən günlər səni unutmağa bəs edəcək. İllər keçsə də səni unutmayacam. Çünki, illər həsrəti öyrədir. Unutmağı əsla.

Qəlbimdə bir gül bəslədim adını eşq qoydum qopardılar. Qəlbimdə bir gül daha bəslədim, adını məhəbbət qoydum tapdaladılar. Qəlbimdə bir gül də bəsləməyə başladım, adını həsrət qoydum, hələ də yaşadırlar.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 813
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri