Səninlə qazandığım yaşamaq gücünü səni unutmaq üçün işlədirəm.

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 1 861
Səs ver:
(səs: 1)
İlk dəfə qarşılaşanda sənin gözlərində sevgi, mənim gözlərimdə ümid vardı. Nə qədər gözəl idi o günlər. İndi sənin qəlbində başqası, mənim qəlbimdə sən, gözlərimdə isə nəm var.

Səninlə qazandığım yaşamaq gücünü səni unutmaq üçün işlədirəm.

Ya mənim gözlərimdir səni bambaşqa görən, ya da hər kəsin gözləri kordur!

Əvvəl yıxıldığımda qalxmağı öyrəndim. Sonra alova toxunduğumda acını. Sevməyi, sevilməyi öyrəndim. Daha sonra isə tərk edilib gözləməyi. Sayəndə unudulmağı da öyrəndim. Yalnız unutmağı öyrənə bilmədim.

Mən sənsiz keçən günlərimə ağlayarkən, bəlkə sən mənsizliyə sevinəcəksən. Amma bunu unutma, bir gün gələcək sən də sevəcəksən!

Bir gün cəhənnəm yağışına düşsən, məndən qaçdığın kimi yağışdan da qaç. Çünki buludlar arxasında eşq üçün ağlayan mənəm.

Məni bu evdə, bu məhəllədə, bu küçədə, bu şəhərdə görməsən, onda bil ki, mən sənin gözlərinin xəyala daldığı yerdəyəm.

Qəlbim səni unudacaq qədər adi, əllərim isə onu parçalayacaq qədər güclüdür.

Duyuram sənə toxunmanın əzizliyini və düşünürəm aşiq olmanın rəzilliyini inan yanında ikən ən çox çəkirəm həsrətini!

Xəyala dalsan bil ki, səni düşündüm. Gecə yuxudan oyansan bil ki, şəklini öpdüm, gözlərindən yaş axarsa bil ki, sənsiz öldüm.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 861
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri