Toxunmaq deyil sevmək. Öpmək, qoxlamaq da deyil.

Müəllif: Aykam2001
Şərhlər: 4
Baxılıb: 6 054
Səs ver:
(səs: 1)
Toxunmaq deyil sevmək. Öpmək, qoxlamaq da deyil. Fərqli cür sevənlər də var. Rəsmini sevənlər var məsələn. Şəklinə baxıb, üzünün hər cizgisini əzbər öyrənə biləcək insanlar var. Əslində heç sonunu bilməyən bir hekayənin hər gün başlanğıcını yazmağa çalışan insanlar var. Hər gün yazıb, pozmaqda olan insanlar var. Gecələrini bir insana həsr edib yatmaq istəyən, bəzən heç yatmaqları mümkün olmayan duyğusal insanlar var. Bəzən telefonun ekranına, bəzən ovucunun içi boyda olan bir rəsminə baxıb yuxuya gedən insanlar var. Aralarında hər məsafəyə rəğmən daha çox sevən insanlar var. Məsafələr metrlər və kilometr ilə görsədilən sadə bir rəqəm əslində, sizi toxunmaqdan, birini qoxlamaqdan ən uzaq salan bir rəqəmdir, amma əsla sevməkdən uzaq sala biləcək qədər böyük bir rəqəm deyil...❤
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 6 054
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri