Ey həyat!

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 5 568
Səs ver:
(səs: 2)
Ey həyat!.. Sən mənim ən yaxşı müəllimim olmusan həmişə. Bu gün içimdən təşəkkür etmək gəldi sənə. Mənə ürəyimin acılarından didilib-söküldüyü anlarda ona yamaq vurmaq lazım oldugunu öyrətdin... çox sagol!.. Yalan mehlərinin əsdiyi yerlərdən uzaq durmalı oldugumu öyrətdin... çox sagol!.. Məqsədimə çatmaq üçün daim mübarizə aparmalı oldugumu öyrətdin... çox sag ol!.. Hətta mənim üçün dünyanın ən dəyərli birinin yoxluguna alışmalı oldugumu öyrətdin... çox sagol!..
Amma bilirsənmi, işdir məni imtahana çəkəsi olsan, görərsən ki, heç də yaxşı tələbə olmamışam. Çünki öyrətdiklərini sadəcə bircə-bircə əzbərləyib təkrarlamışam. Səndən bir ricam var. Mənə nə etməli oldugumu öyrətdin, indi isə necə etməli oldugumuöyrət!
Ürəyimi adi şüşə kimi sındırdıgında yapışdırıram. Bəs Ürəyimi adi şüşə kimi sındırdıgında yapışdırıram. Bəs çat izlərini necə ört-basdır edim? Necə? Yalanların olmadıgı bir yerə getmək istəyirəm. Amma o biri dünyaya bilət nə sifarişlədir, nə pulla... Bəs necə gizlənim yalan küləklərdən? Necə? "Ədalət" deyilən bir şey yoxdursa, onu tərəzimdə necə yüksəkdə saxlayım? Necə? Gözümdən axan yaşları saxta gülüşlər arxasında gizlədirəm... Hec kəs görməz... Bəs qəlb evimdən axan qanlı yaşlari necə gizlədim yaxınlarımdan? Necə? Deyək ki, onun yoxluguna alışıram... Bəs həmin evə necə ayaq basım? Necə baxım yiyəsiz otagına, paltarlarına, kitablarına? Necə?

Nə isə... Ey müəllim!.. Bunlar qalsın. Son sual:"Yaşamalıyam... Necə yaşayım?.." Susursan... Olsun!.. Yaşayacam. Amma əvvəlki kimi yox. Çünki mən əvvəlki deyiləm artıq. Sən dəyişdin məni... Cox sagol!..
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 5 568
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri