Eh, qəlbim.. Eh! . . .”

Müəllif: Aykam2001
Şərhlər: 4
Baxılıb: 1 563
Səs ver:
(səs: 0)
Nə çox yığılıb başa salacağlarım..
Nə çox danışmamışam mən bu ara..
Nə çox yara alıb qəlbim..
Ümidlər toplayıb, xəyallar qurmuşam.
Elədir ki, bəzən.. bəzənlər sığmır, bəs etmir bilirsən?
İndi bir sahil kənarında oturub dənizi seyr eləmək istəyirəm. Amma, sadəcə, seyr etmək heç bir şey fikirləşmədən.. gözlərim dolmadan, qursağıma hərflərim düzülmədən.
Sadəcə, seyr etmək..
Beynim də suallarım olmadan, cavabları gözləmədən sadəcə, eləcə baxmaq.
Bəzən, özümü qarşıma alıb izah etmək istəyirəm olanı-keçəni. Etdiyi səhvləri, verdiyi artıq dəyərləri, fədakarlıqlarını, üzməyi bilmədiyi dəniz də boğulmalarını, çırpınışlarını.. alıb qarşıma belə-belə etdin, etmə demək istəyirəm.
Dincəl demək istəyirəm.
Səssizcə qal, beynin də olan səslərin səsini kəs, eşitmə demək istəyirəm.
Amma, deyə bilmirəm..
O, səslər elə güclüdür ki.. O, qəlb ağrısı o qədər sancılıdır ki..
Eh, qəlbim.. Eh! . . .”
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 563
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri