Sevməsə də canın sağ olsun deyəcəm, amma can da sağ olmur

Müəllif: Aykam2001
Şərhlər: 5
Baxılıb: 1 651
Səs ver:
(səs: 0)
Günü günə calayırsan, amma ömür-ömürə calanmır. Sən istəsəndə, istəməsəndə yarımçıq yaşayırsan. Hər zaman bir natamamlıq, hər zaman yetərsizlik.. Sıxılırsan, bezirsən, əsəbləşirsən, yeri gəlir kövrəlirsən. Bıçaq sümüyə dirənir, amma sən əlini o döşəkcəyə vurmursan, təslim olmursan həyata.. Həyat acımır sənə. Zərbə zərbə ardından, ağrıyırsan, başın dönür, amma yıxılmırsan. Bax, sən yıxılmadıqca daha da sərt vurur həyat, səni qarşısında gördükcə daha da sərtləşir. Məncə də möhkəm ol. Unutma, döyüş 12 raunddu..Gətirmir bəzən, alınmır işlərin. Sən inadına çalışsan da, çırpınsan da olmur. Neynəmək olar ki? Mən deyim, nəbzi tutub işlərin alınmıyan zamanda heç bir iş görməmək olar. Ən azından çox da ziyankar çıxmazsan..Sevgi belə deyil fəqət. Yəni, sırf tutuşdura bilmirsən deyə, sırf sevgidə gətirmir deyə sevməkdən əl çəkə bilməzsən. Əl çəkə bilsən də sən heç sevməmişsən.. Mənim deyəcəyim sev, əmin ol bir gün sevdiyin sevəcək səni ən az sənin onu sevdiyin qədər. Sevməsə də canın sağ olsun deyəcəm, amma can da sağ olmur ki..
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 651
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri