Deyəcək çox şeyim olsa da, anlaşılmaq istədiyimdən əmin deyiləm.

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 2 415
Səs ver:
(səs: 1)
Eşq deyə bir şey yaşayıram. Nə təktərəfli deməyə dilim var, nə də qarşılıqlı olmasına sübutum.

Deyəcək çox şeyim olsa da, anlaşılmaq istədiyimdən əmin deyiləm.

İllah ki birini sevəcəksənsə, zahirini deyil daxilini sevəcəksən. Gördüyünü hər kəs sevər amma sən görmədiklərini sevəcəksən. Sözdə deyil həqiqətdə eşq istəyirsənsə əgər, bədənə yox ruha toxunacaqsan.



İndi tək istədiyim nəfəs almaq, başqa şeydə gözüm yoxdu. Qaçmaq da mümkün burdan əlbəttə, amma mənim istədiyim qaçmaq deyilki. Nə çatmaq istədiyim başqa bir diyar nə də hardasa itirdiyim bir cənnətim var. Sadəcə çıxmaq istəyirəm, çıxabilmək. Mən o ehtimalı sevirəm. Seçimimin olmasını, qapının həmişə aralı qalmasını.



İç dünyamın tunelinə girdiyim zaman fənər alıram əlimə. Buralar çox qarışıqdır. Dəfələrlə gəldim. Hər gəlişimdə azıb qalıram.



Minlərcə kəlimə, onlarca hekayəm var boğazımda düyünlənmiş. Danışılması gərəkən yerdə susuram. Susmaq lazım olanda dilimi tuta bilmirəm. Anlatacaq çox şeyim olsa da, anlaşılmaq istədiyimdən əmin deyiləm.



Ağlın kimyası ilə eşqin kimyası tam fərqlidir. Ağıl təmkinlidir. Qorxa qorxa atar addımlarını. "Aman etmə" deyə özunu tənbeh edər. Halbuki eşq də bucürmüdür? Onun tək dediyi "Burax özünü, qoy getsin" Ağıl asanlıqla yıxılmaz. Eşq isə özü özünü üzər,yıxılar xarab düşər. Halbuki xəzinələr və dəfinələr hər zaman xarabalıqlarda olar. Nə varsa xarab bir qəlbdə vardır.



Və bir ayənin istiliyi qəlbimi sarar "Allah səbredənlə bərabərdir"

(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 415
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri