Qadın və kişi münasibətlərində razı salmağın gizli gücü...

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 163
Səs ver:
(səs: 0)
Cəmiyyətimizdə tez-tez qadın və kişilərin mübahisəsinə rast gəlirik. Məsələnin aktuallığını nzərə alaraq artıq bir neçə müddətdir ki, hə iki cinsin nümayəndəsi ilə bağlı araşdırma yazıları təqdim edirik. Düşünürük ki, bunun onların münasibətlərində müsbət rolu olacaq.

Qadinla.com bu dəfə qadın və kişi münasibətlərində razı salmağın gizli gücündən bəhs edən yazını təqdim edir.

Görünüşə meyilli qadın və kişini razı salmağın yeganə yolu onlara nəticənin portretini göstərməkdir. Əks halda onları razı salmağınız mümkün olmayacaq. Eşitməyə meyilli qadın və kişini razı salmağın yeganə yolu onlara nəticədə ortaya çıxacaq danışqlardan bəhs etməkdir. Onları sonda eşidəcəyi kəlmələrdən istifadə etməklə razı sala bilərsiniz.

Təmasa meyilli qadın və kişiləri razı salmağın tək yolu isə nəticədə yaranacaq vəziyyəti hiss etməsini təmin etməyinizdir. Qəribə də olsa görünüşə meyilli insanlara hədiyyə alarkən qutulara və görünüşə diqqət etməlisiniz, çünki onlar hədiyyənin dəyərindən çox, qutularına diqqət edirlər. Hədiyyə qutularını çox maraqla açırlar.

Təmasa meyilli insanlar isə hədiyyəni əllərində tutaraq hiss edirlər. Eşitməyə meyilli insanlar səslərə önəm verirlər. Bəhs etdiyimiz 3 təmsiledici kanaldan başqa qavrama dili də mövcuddur. Qavrama dilinin duyğusal fəaliyyətlə heç bir əlaqəsi yoxdur. Bu səbəbdən qavrama dilindən istifadə edən natiq və ya yazar tamaşaçısını, oxucusunu darıxdırar. Rəsmi xəbərlər, rəsmi açıqlamalar və xəbər proqramlarına baxdığımızda belə vəziyyətlə qarşılaşırıq.

Mənalı mesajlar vermək əvəzinə, ağıllı görünmək istəyən professorlar, vəkillər bu üsuldan çox tez-tez istifadə edirlər. Bu adamların məqsədi mesaj vermək deyil, ağıllı görünməkdir. Bəzən neytral kəlmələrdən istifadə edirlər. Ünsiyyət zamanı bunların fərqində olmaq bizə fərqlilik qazandırır. İnsanların hansı təmsiledici sistemdən istifadə etdiyini anlamaq üçün onları müşahidə etmək lazımdır. Bu insanların danışıqları, davrannışları, xüsusən də göz hərəkətləri bu sistemi müəyyən etmək baxımından vacib ipucları verir. Bu ipuclarını tapmaq üçün insanların sözlərinə, əməllərinə və göz hərəkətlərinə diqqət etmək lazımdır.

Mənbə: Mustafa Kılınınçın “Qadınlar nə istəyir, kişilər nə verir?” kitabı.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 163
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri