Bir ömürlüyüm... - 14 fevral

Müəllif: Sweet Candy
Şərhlər: 16
Baxılıb: 4 721
Səs ver:
(səs: 1)
Sevgi: Haradan əsəcəyi bəlli olmayan bir külək kimidir. Sən də mənim ən böyük küləyim kimisən.

Bir ömürlüyüm... - 14 fevral

Bütün mövsümləri bir gündə, bütün illəri bir mövsümdə yaşamağa razıyam səninlə...



Nə vaxt tutsam əllərini gözlərimin qarşısından mövsümlər keçir, nə vaxt gözlərin gözlərimə dəysə səmadan bir ulduzlar düşər.



İnsanlar tanıdım ulduzlar kimi idi, hamısı parlayırdı. Amma mən səni, günəşi seçdim, bir günəş üçün min ulduzdan imtina etdim.



Sən mənim həyatımda olduğun müddətcə, nə sən kiməsə rəqib nə də kimsə sənə rəqibdir.



Kimsəsiz bir çöldə tapdığım su misalı sevirəm səni. Həyatımda dəyər verdiyim ən gözəl varlıq.



Həyatıma girdiyin gün mən yenidən doğuldum. Mənə həqiqətən sevilməyi öyrədən ən dəyərlim.



Deyirsən ki; Mən sənə könlümü vеrim.
Yaxşı, könül dediyin nədir ki, sevgilim.
Mən sənə heç könlümü verir bilərəmmi?
Çünki könül dediyin torpağa düşəndə toz olur, torpaq olur. Mən isə sənə ruhumu verərəm. Çünki ruhum yalnız sənə sonsuzluq olar!

Sevib-sevilənlər sevgililər gününüz mübarək!
(səs: 1)
Şərhlər: 16
Baxılıb: 4 721
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri