Sənə sevgimi halal etmirəm!

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 2 312
Səs ver:
(səs: 1)
[center][b]Bir qadın tərəfindən dünyaya gətirildiyini unudub, bir qadının dünyasını yerlə bir etmək kişi olan adama yaraşmaz!
Sənə sevgimi halal etmirəm!
Bəlkə saf idim, gözlərində özümü gördüyümü sandım. Ovuclarındakı məsumiyyətə inandım. Məyər mən ağla qaranı səhv salmışam. Sən deyə bir "boşluğa" sarılmışam...Yanılmışam!

Bu qədər üzüntünü, xəyal qırıqlığını mənə Rəbbim versəydi səbr edərdim, sən bunlara səbəb olduğun üçün cəzanı çəkəcəksən bilirəm! Haqqım, hüququm, yaşadıqlarım belə bir tərəfə dursun, mən sənə sevgimi halal etmirəm!!

Həyat yolunda irəliləyərkən:
Yıxıldığımda özüm ayağa qalxdim.
Qırılmalarımı özüm üstələdim.
Yaralarımı özüm sarıdım.
Bir yol göstərənim yox ikən, səhvlərim mənə yol göstərdi:
Üzgünəm amma peşman deyiləm!

İnsanlara bir yaxşılığı düzənli şəkildə edincə bunu artıq sənin vəzifən zənn edərlər. Mükəmməl bir nankorluq çeşidi.

Özümdən üzr istəyirəm.
Qırmamaq üçün qırıldığım üçün.
Kiçicik bir olayı böyüdüb boş yerə özümü üzdüyüm üçün.
Bir dəqiqə belə düşünməməm gərəkən şeyləri, saatlarla düşündüyüm üçün.
Güclü olmaq naminə, gücsüzlüyümü yaşamağı unutduğum üçün.
Dəyişməyəcək insanları dəyişdirməyə çalışıb özümü yorduğum üçün.
Bitdiyini qəbul etmədiyim şeyləri təkrar başlatmağa çalışdığım üçün.
Pis olan insanları, inadla yaxşı sanmağa davam etdiyim üçün.
Özümdən üzr istəyirəm, həmdə çox((

Bax dostum...bacara bilmirsənsə, üzürsənsə...ha birdə sonra cəhənnəm olub gedəcəksənsə sevmə! Sevirmiş kimi də etmə!

Biriləri məni sevsin deyə özümdən dönmərəm. Duruşumu da pozmaram, başımı əymərəm!
Sevərsəniz ürək burda, sevməzsəniz qapı orda!

Sən qalx, birinin qanadlarını qır. Sonra da bir başqasının səmasında azad şəkildə uçmağı sına.
Sənə kimsə ilahi ədalətdən bəhs etmədimi????

Səni incidənin həmən incinməsini gözləmə. Öncə onun həyatı dəyər bilməyənlər tərəfindən gəmiriləcək. Bəlkə aylar, bəlkə illər keçəcək. Səndə tapdığı dəyəri bir başqasında tapa bilməyəcək. Həyatına dəyəri beş quruş etməyən insanlar girəcək. Və o zaman sənə yaşatdıqlarını bir bir dadıb bədbəxt olacaq.
Əmin ol! Bax o vaxt sənə etdiklərini xatırlayacaq, yoxluğunu anlayacaq. İndi qırılmasını gözləmə. Vaxtı gəldiyində tam da qırdığı yerdən qırılacaq.

(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 312
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri