Səndən başqasını sevməyəcəyəm

Müəllif: Love Angel
Şərhlər: 3
Baxılıb: 2 208
Səs ver:
(səs: 0)
Bu gecə yenə için-için yanıram. Oturub səni düşünüb ağlayıram. Səni, gedişini, sevməyini, hər şeyini. Unutmur səni bu yaralı qəlbim..
Səni düşünürəm bu gecə. Məni sevdiyini, mənə necə baxdığını, mənə necə güldüyünü...Yüksələn bir atəş kimi sevgimizin necə çoxaldığını və bir gün anidən buraxıb getdiyini...
Son vidanı xatırlayıram. Gözlərimə dolmuşcasına baxdığını, gözlərini qəlbimə basdırdığını xatırlayıram..Məni özümlə baş-başa buraxdın. Yıxıldım, üzüldüm səndən ayrılanda. Qaldım çarəsiz, sevgisiz və bir də Sənsiz..
Unutdum dedim, unudacağam dedim...Unuda bilmədim, unutmaram dedim...
3 Nəfərlə ağladıq sənə. Mən, qəlbim və gözlərim. Sənin üçün yandım, səni sevdim, səni xatırladım hər yerdə.. Günlərcə bir gün səsini eşitmək ümidi ilə telefon zəngini gözlədim. Telefon çalmayıb həsrət qalınca ağladım...
Eşitdim ki, qəlbini verməmisən heç kimə, içində məni görərlər deyə...
And içdim! Sənin üstündən başqasını sevməyim deyə. Və hər zaman, hər yerdə təkrarlayıram. Səni unutmaq üçün öldürsələr belə, qarşılıq olaraq dünyanı versələr belə, dar ağacı qurub edam etsələr belə
#Səndən_başqasını_əsla_sevməyəcəyəm...
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 208
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri