Gəl

Müəllif: Love Angel
Şərhlər: 1
Baxılıb: 1 804
Səs ver:
(səs: 0)
Bu gün ya sabah gələcəksən deyə toxundurtmadım cəsədimə. Bax məni öldürdüyün yerdəyəm. Məni sözlərlə yaraladın. Xəyanətinlə kəsdin səni mənə bağlayan hissləri. Hətta işini dəqiqləşdirəsən deyə dönüb,yenidən aldatdın məni. Mənsə varlığınla nəfəs alıram deyirdim ya. Sevgili nəfəs almağın yaşamaq olmadığını yoxluğunda anladım. Gözləyirəm. Qatil sonradan gələr cinayətinin son anlarını izləməyə. Arxanda izlər buraxmısan amma. Kim görsə anlayır bunun sənin işin olduğunu. Gəl qəbul edirəm. Yenidən öldür məni. Ağlamazsan bilirəm. Yaşatdıqlarınla axıtdığım gözyaşlarımla yu məni. Əllərinlə qaz qəbrimi. Lazım gəlsə diri diri basdır keçmişin torpaqlarına. Hər səhər əlində xəyallarınla gəl məzarımın üstünə. Bilirsən çiçəklərdən daha çox sevərdim onları. Sən soy üzərimdən bütün günahlarımı,özümü sən yu. Söz dediğin nədir ki can. Ağzımın kiri. Bir də pambıq gətir yanında. Lal söyüşlərimin ərəfəsində qulaqlarını onunla tıxa. Gəl də təmizlə bütün izləri. Yaşa yenə həyatını sanki heç olmamışammış kimi. Soruşanlara sevirəm hələ də deyərsən. Dayana bilmərəm arxamca danışılanlara.
Qoy bizi hələ də sevgili sansınlar.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 804
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri