Gedəcəksənsə, əzilib-bükülərək deyil, adam kimi getməlisən..

Müəllif: Aykam2001
Şərhlər: 5
Baxılıb: 1 654
Səs ver:
(səs: 1)
Paltar şkafında, asılqandan iki-üç paltarını çamadana qoyub, qapıdan çıxmaqla olmur o işlər. Gedəcəksənsə, paltarlarını deyil, qəlbini götürüb getməlisən. Yoxsa bir neçə gün sonra yalnızlığından sıxılanda ya da yeni bir eşq ümidi ilə həyatına girməyə çalışdığın insanlardan rədd cavabı alanda qayıdacaqsansa, o getmək sayılmır, əzizim. Gedəcəksənsə, fikirlərin qəti, vicdanın rahat bir şəkildə getməlisən. Gedimmi-qalımmı deyə tərəddüd yaşanmadan, min xəyala düşüb-çıxmaqdan, "bəlkə"lərə sığınmadan getməlisən. Gedişinlə hüzurunu qaçırdığın insanların həyatını gediş-gəlişlərinlə cəhənnəmə çevirmədən, ömründə bir dəfə-birdəfəlik getməlisən. Çünki getməyin də bir ədəbi var, əzizim. Gedəcəksənsə, əzilib-bükülərək deyil, adam kimi getməlisən..
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 654
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri