Mən səni sevmək istəmirəm ki...

Müəllif: Aykam2001
Şərhlər: 4
Baxılıb: 2 222
Səs ver:
(səs: 0)
Ətrafımızda güvəniləsi insanlardan az qaldığından ən çox sənə inanmaq istəyirəm.
Dərdli anımda sənə sığınıb məni ovundurmağını gözləmək, səni üzgün gördüyüm an isə çiynimi başına həvalə etmək istəyirəm. "Saçların üzümə toxunanda saçlarını öncə qoxlayımmı yoxsa öpümmü, " deyə seçim qarşısında qalmaq istəyirəm. Birlikdə bir filmə getdiyimizdə sən filimi izləyərkən mən də səni izləmək istəyirəm. Uzun mesajları elə məndə xoşlamıram amma sənin arada bir "günaydın" yazıb bütün günlərimi aydınlığa çıxarmağını istəyirəm. Utanarkən qızaran yanaqlarından, gülərkən yanaqlarında yaranan qəmzələrindən öpmək istəyirəm. Danışarkən gözünün içinə baxa bilmərəm, utanıb yerin dibinə girərəm, amma mən danışanda səni oğrun-oğrun gözlərimə baxarkən tutmaq istəyirəm. Dinlədiyim hər musiqidə, oxuduğum hər kitabda səni duymaq, səni görmək istəyirəm. Gözlərində yeni bir dünya kəşf edəcəyim, saçlarını çobanyastıqlarından düzəldəcəyim çələng ilə bəzəyəcəyim qadın sən ol istəyirəm.
Mən səni sevmək istəmirəmki..
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 222
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri