Sevgini necə hiss etdirmək olar?

Müəllif: diablo
Şərhlər: 5
Baxılıb: 688
Səs ver:
(səs: 6)
Yoxsa, siz də “Həyat yoldaşımı çox sevirəm, ancaq sevgimi göstərə bilmirəm”, – deyənlərdənsiniz? Əgər belədirsə, onda aşağıdakıları oxumağa dəyər…

Bir insanın öz həyat yoldaşını sevməsi həm ehtiyac, həm də zərurətdir. Ancaq unutmayın ki, ailənizdə sevgini artırmaq istəyirsinizsə, sevginizi sevdiyiniz adama hiss etdirməlisiniz. Çünki insan sevgisini hiss etdirdikcə bu, qarşı tərəfə də müsbət təsir göstərir və qarşı tərəfdə də sevginin artmasına səbəb olur.

Üstəlik, bu sevgi mübadiləsi davam etdikcə ailə daha da möhkəmlənir. Təbii ki, burada ailə həyatı üçün yeganə amilin sevgi olduğunu demək olmaz. Ailədə sevgi nə qədər vacibdirsə, hörmət, etibar, sədaqət də bir o qədər vacibdir.

Elə isə sevgini necə hiss etdirmək olar?
Hər şeydən əvvəl deyək ki, “Mən ürəyimdə sevirəm” sözünü lüğətinizdən çıxarmalısınız. Çünki həyat yoldaşınız sevginizi hiss edə bilmirsə, deməli, bu sevgiyə etimad da etməyəcək. Sevginizi hiss etdirmək üçün ən yaxşı yol həyat yoldaşınızı tanımaqdır. Bunun üçün əvvəlcə onun daha çox nədən xoşu gəldiyini müəyyən etməlisiniz.

Məsələn, bəziləri sevginin onlara şifahi ifadə edilməsini, bəziləri müəyyən vasitələrlə hiss etdirilməsini, bəziləri isə sevginin hədiyyələrlə büruzə verilməsini istəyə bilərlər. Siz bu üsulların birindən və ya özünüz müəyyən etdiyiniz hər hansı bir üsuldan istifadə edərək sevginizi hiss etdirə bilərsiniz.

Təbii ki, bu məsələdə səmimi və təbii olmağı da unutmamalısınız. Bu sevgi mübadiləsi get-gedə həyat yoldaşınızın sevginizə etimad etməsinə səbəb olacaq və istər-istəməz o da bu sevgidən kənarda qalmayacaq. Digər tərəfdən, bu, evdəki atmosferə də müsbət təsir göstərəcək və ailədə ünsiyyətin artmasına gətirib çıxaracaq. Əgər uşaqlarınız varsa, təbii ki, onlar da bu sevgidən öz paylarını alacaq.

(səs: 6)
Şərhlər: 5
Baxılıb: 688
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Love Angel
Sevgi bir aileni ayaqda saxlayan tek weydir. Hem de gozel bir hissdir. Caliwin qarwinizdakine sevginizi hiss etdirin. Sevgisini hiss etdirmeyende terefler bir-birinden uzaq duwurler.
Tewekkurle canim.
23 may 2019 21:27
5
-"Bitti" dediğin anda yeniden başlarmış insan. Başka yerde, başka şekilde, başka hayatlarla. Mutsuz, tedirgin, ama "Yeniden" Ve bitti dediğinde durduğunu zannetdiğin her şey, yeniden yepyeni güzellikler için çarpmaya devam edermiş. Yani nefes alıyorsa insan, "Umut" var demekmiş.
Offline
Aylin...
Sitat: YalniZ-ArZu
mene sevgisini hiss etdirende men ona 100 qat qarşılığı ilə cavab verirəm. Hiss etdirməyəndə buza donurem. Neyime lazim))
23 may 2019 13:57
4
hh
Offline
vipbetul
sevgini hiss etdirmek lazimdir
23 may 2019 09:47
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Online
YalniZ-ArZu
mene sevgisini hiss etdirende men ona 100 qat qarşılığı ilə cavab verirəm. Hiss etdirməyəndə buza donurem. Neyime lazim))
23 may 2019 08:45
2
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
BARBI
Sevgini hiss etdir.Tekce heyat yoldasina aid deyil.Ailenede hiss etdir
23 may 2019 08:14
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri