`°•○Gülüşünə aşiqəm adam○•°`

Şərhlər: 9
Baxılıb: 4 072
Səs ver:
(səs: 1)
`- Səni sevirəm....! Sene aşiqem demiyəcəm..
Onsuzda bilirsən..
Bilmədiyin bunlardi..
Gülüşünə aşiqəm adam...
Xoşbəxtlik qoxan gülüşünə....
Dəliliyinə aşiqəm....
İçimə hər çəkdiyimdə,
ruhumu sərxoş edən...
Ciyərlərilərimi güldürən qoxuna aşiqəm.....
Səsinə aşiqəm,
Ən sevdiyim musiqi olan səsinə...
İçimdəki uşağin əlini heç buraxmayan,
Uşaq ruhuna aşiqəm...
Şabalidi gözlərinə aşiqəm cənab,
Eyni zamanda içində dustaq yatan məsum baxişlara....
Ayri _ayri üzünə düşən saçinin hər telinə aşiqəm....
Əllərinin , əllərimdə tərləməsinə
Səbəbsiz qisğancliqlarina,
İçindəki mərhəmətə məsələn, "Bizə" aşiqəm ey SeVgİLi.....
Sənlə birgə qurduğumuz xəyallarin , bir gün gerçək olma ehtimalina aşiqəm....
Mən sənə aid nə varsa hər şeyə Aşİqəm..

`°•○Gülüşünə aşiqəm adam○•°`

`- Adsız münasibətlər var birdə...
Yanında rahatlıq tapdığın , anlıq belə olsa hər şeyi unutduğun....Ruhunun qidasıdır sanki, onla heç bir söhbətdən çəkinmədiyin...
Körpə uşaq tək ,qayğısına qaldığın , xəbər almayanda narahatçılığını bütün vücuduna sığdırmadığın....
O , səni bir kainat sanar , sənsə onu axirətin... Nə sevgili , nə dost , nə yad deyil.
Başqa bir doğmalıq , başqa bir duyğudur sanki....Gedişində sarsıldığın , itirməməy üçün qəlbin yarpaq tək əsdiyi, cansız ruhuna nəfəs verən ,xəyallarında canlandırdığın, qaranlığına günəş bəxş edən , hər dərdini alıb , əvəzin gözəl və eyni zamanda təkrarı olmayan xatirələrə möhürləyən biri olar sən üçün... Bir təbəssümü isidər , qorxaq gözlərini...Sol yanında bir kəpənək qanad çarpırmışcasına yaşayarsan onla keçən anları.....Varlığı şükrün olar , hiss etdirməzsən çox zaman... Birdə bir kəpənəyi var ki , üzündən heç əskiltməz.. Onla görərsən həyatın gerçəklərin, əllərini tutmaq isə həyata tutunmaq olar sənin üçün... Birdə bir çiyni var , dərdlərini , üzüntünü , alıb əvəzində sənə dilə gətirilməsi mümkün olmayan duyğular yaşadar....Etirafları gözlər və əllər edər. Uzaq qalmaq istəməzsən ,bir an olsun beləki ancaq o , sənə nə dost , nə sevgili , nədə yad deyil..



`- Əlçatmazlığın çox ötəsində bir yerlərdədi çox şey...
Birinin pəncərə önündə...
Birinin qapı arxasında....
Birinin iki addımlıq xəyallar küncündə....
Uzaq olan şeylər çox can yandırar...
Hələki güclü bir şəkildə arzuladığındırsa....
Bəzən fikirlərimdə yadlaşıram özümə... Neçə dəfə silə bilərəm beynimi artıq, heç onuda bilmirəm....
Xatırladığım şeylər çoxmu önəmlidi belə ?
Ya xatırlanmaq.... !
Bir gün bir səmtdə qopacaq o bağlar... Gözləməy sadəcə özümü aldadırmış kimi gəlir mənə...
Nə olmalalıdırsa elə ordaca olmalıdır , nəyə gərək uzadıqca canından can qoparmaq....
Hiss edirəm , çox şeylər dəyişib məndə... əllərim belə yad gəlir mənə...
Onlar daha çox qopuğdu , xarabalıqdaki ümidlərimdən...



`- Başını qoy səsini eşitmədiyinin çiyninə.... Dərindən nəfəs al...Ruhuna çəkilən sığal,bütün cismən yorğunluqlarını alır özünə.......
Sadəcə hiss et anı yaşa......!
Arada yum gözünü... Təkrarı olmayacaq bir kainat kimi qal , səssiz sakit....
Bütün yorğunlarını unut...Oksigenin ciyərlərinə yayılışının gözəlliyini hiss et...
Dərindən nəfəs al....
Sığın o, çiyinlərə...
Yüklən bütün ağrılarınla ,saçlarından süzülən yorğunluqların izzətinə....
Sus sakit qal , qoy axsın ruhunun çarəsizlikləri baını qoyduğun çiyinlərə.....
Sonra dərindən nəfəs al...
Möhürlə bu anı birdə olmayacaq xatirələridə..



`- Bəzi qadınlar həmişə gülümsər...
Gələrsən gülümsər , sevərsən gülümsər , öpərsən gülümsər ,sarılarsan gülümsər , saçlarını qoxlayarsan sadəcə gülümsər....Çox güclüdü belə qadınlar... Gecənin soyuq qışında ona hədiyyə etdiyin musiqini dinləyər gülümsər , gözlərindən yaşlar gələr , yenədə gülümsər...
İntihar etməz , amma sevdiyləri insan o , gülüşlərin altındakı ağrı -acını hiss etməyəcək , görməyəcək qədər kor olar və buna səbəb olduqlarını anlamayacaq qədərdə insanlıqdan çı0xarlar...

(səs: 1)
Şərhlər: 9
Baxılıb: 4 072
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri