Sevgi İNAMDIR..

Şərhlər: 4
Baxılıb: 2 880
Səs ver:
(səs: 0)
- Bir söz vardır: “dünyanı ya gülüş, ya da sevgi xilas edəcək.” Bəs sevgini kim xilas edəcək? Günü-gündən ucuzlaşan, dəyəri insan əməyinin nəticəsi olan faniliklərlə ölçülən, öz məzmununu demək olar ki, itirən o müqəddəs anlayışı kim xilas edəcək bəs?
İnsanı digər canlılardan fərqləndirən düşüncəsi və qəlbidir. Insan ürəyiylə sevir, beyniylə isə bu sevgini çatdırır, izah edir. Musiqilərə, romanlara, şeirlərə mövzu olan bu ilahi duyğu niyə alçaldılır, məhv edilir? Məgər günahdırmı sevmək? Deyin görək, iki yaşlı uşağın göz yaşlarına belə rəhm olunmayan, evləri-obaları talan edilən, haqqı dedi deyə öldürülən bir zamanda sevməkmi günahdır? 
Sevmək nədir bilirsənmi? Vaxt keçirmək, könül əyləndirmək, özünü dəyərli hiss etmək xatirinə kiməsə sevirəm deyib aldatmaq, özünə bağlamaq, günaha girmək sevgi deyil, tək kəliməylə alçaqlıqdır. Bununla öyünməksə, ruhi xəstəlikdir, başqa bir açıqlaması ola bilməz. Gözlərindəki o işıq, parıltı ulduzlarla yarışa girmirsə, içində vulkanlar püskürmürsə, alovu sümüklərinə qədər yandırmırsa, ürəyinin döyüntüsü qayalardan axan şəlalənin səsini batırmırsa və Günəşin hər səhər doğmaq arzusu qədər yaşama arzun, sevincin yoxdursa sən sevmək nədir bilmirsən. Sevgi nə gözəllikdir, nə var-dövlət, nə ad-san, nə də ki, başqa bir şey. Sevgi dünyanın bütün çirkinliklərinə kor olmaq, onları öz təsəvvüründəki kimi gözəl görə bilməkdir. Sevgi yaşatmaqdır, mərhəmətdir, qayğıdır, hörmətdir, sədaqətdir və ən önəmlisi İNAM-dır...
Sevgi yaradanın əsərinin möhtəşəmliyini görə bilmə qabiliyyətidir. Bir insanın qəlbində yuva qurma məharətidir. Ancaq iş təkcə onunla bitmir. Sevgi sahiblənmək- “Mənimdir!”-deyə bilməkdir. Sənin olanı qoruya bilməkdir. Sənin olanı olduğu kimi qəbul edə bilməkdir, onun arzularını, xəyallarını özününkü kimi yaşada bilməkdir. Həyatına rəng qatan birinin həyatının ən parlaq rəngi ola bilməkdir sevmək.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 880
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri