Buraxmalısan bəzən, əlini boş buraxmağa çalışanları

Şərhlər: 4
Baxılıb: 2 473
Səs ver:
(səs: 0)
`- Məsələn, deyirəm ki mənə "artıq bunu dəyişdirməlisən" demək əvəzinə qoşul mənə, birlikdə edək o səhvləri. Onsuz da kimə görə səhv kimə görə düzdü ki etdiklərimiz? "Mənə aid olan hər şeyi bilmək məcburiyyətində deyilsənki" demə qoy kədərlənim, ayağına daş dəysə sızlasın içim. Qoruyum səni qoymayım incinəsən. Mənə "uşaqlıq etmə" "böyü artıq" demə. Onsuz da səndən başqa heç kimi görmür o uşaq biləsən. Uçmaq istəyirəm deirəmsə qanadlarım ol. Öldürmə o uşağı ölməsinə icazə vermə.

Buraxmalısan bəzən, əlini boş buraxmağa çalışanları

`- Hərdən sağollaşmalısan ki getsinlər. Getsinlər ki, istədikləri olmasın, saxlamadığın üçün özləri də çaşıb qalsın. Əskik qalsınlar biraz, yarımçıq qalsınlar, yerini əvəz edə bilməainlər. Niyə “getmə” demədi, deyə düşünüb yeyib bitirsinlər özlərini içdən içə. Buraxmalısan bəzən, əlini boş buraxmağa çalışanları, tutub saxlamamalısan məcbur və istəksiz halda. Kim nə zaman gedəcək deyə düşünmək lazım deyil, onsuzda getmək istəyən bir bəhanə tapıb gedəcək əlbət. Hərdən gülüb keçməlisən ayrılığa. Bəzən bir vidaya beş ayrılıq yerləşir. Ruh bədəndən, ürək səndən, ağıl başdan, yaş gözündən, biri səndən ayrılar. O zanan sən anlayarsan ki gedəndə- məcbur qalanın arasında ki fərq nədir. Düşünməlisən hərdən.. Özünü düşünməlisən. 



`- Qəribə deyilmi?
Əlimizin çata bilməyəcəyini düşündüyümüz insanlar, əslində əyilməyəcəyimiz qədər alçaq imişlər.



`- İnsanları tanımaq üçün bütün gücünüzü verin. Amma bütün sevginizi verməyin. Onları tanımağa başladıqca, verdiyiniz sevgiyə təəsüflənəcəksiz.



`- Hərkəsdən olur olmaz diqqət gözləmə, hər kəsin öz həyatı var və sən həyatını rəngləndirmək üçün yalnızca onlardan mədət umma, heç kime sonsuz umid bağlama, qədərində və dəyərində sevgi, mərhəmət, qayğı göstər. Özünü kimlərəsə sübut etməyə çalışma, nə isən osan, ne artıq, nə də eksik.. Səhvlərinin fərqinə var, yalnızca başqalarında səhv axtarma, bir halda ki, özümüz mükəmməl deyiliksə, mükəmməllik axtarişında olma.. Bağışlamağı bacar, həyatında qorxmadan yeni səhifə aç. Heçnə üçün gec deyil, hərşey daha da gözəl olacaq, yetərki istə və buna inan, mənimlə birgə sən də addım at..

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 473
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri